Icma.az
close
up
RU
“Azərişıq” rəqəmsal xidmətlərini “mygov” a inteqrasiya edir

“Azərişıq” rəqəmsal xidmətlərini “mygov” a inteqrasiya edir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində rəqəmsal xidmətlərin vahid platformada təqdim edilməsi üzrə işlər davam etdirilir. Bu çərçivədə “Azərişıq” ASC-nin mobil tətbiqində təqdim olunan rəqəmsal xidmətlər, məlumat və funksionallıqlar “mygov” platformasına tam inteqrasiya olunub.

ASC-dən AZƏRTAC-a bildirilib ki, xidmətlərin vahid platformada təqdim olunması və rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması məqsədilə “Azərişıq” mobil tətbiqinin fəaliyyəti dayandırılıb.

Artıq vətəndaşlar “Azərişıq” ASC-nin rəqəmsal xidmətlərindən həm my.gov.az portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə istifadə edə bilərlər.

my.gov.az üzərindən xidmətlərdən yararlanmaq üçün “Xidmətlər” bölməsində “Qurumlar” kateqoriyasından “Azərişıq” ASC seçilməlidir. “mygov” mobil tətbiqində isə “Xidmətlər” bölməsinin “Kommunal” kateqoriyasından “Azərişıq” seçilərək müvafiq xidmətlərdən istifadə etmək mümkündür.

Bundan öncə “Azərişıq” tərəfindən təqdim olunan aşağıdakı xidmətlər yenidən dizayn edilərək “mygov”a inteqrasiya edilib:

- Əhali istehlakçısının adının dəyişdirilməsi;

- Sayğacın zədələnməsinin araşdırılması üçün müraciət;

- Abonentin geniş tarixçəsinin təqdim edilməsi;

- Smart kartın bərpası və yeni smart kartın verilməsinə müraciət;

- Borcun araşdırılması və borcun olub-olmaması barədə sənədin verilməsi.

Bununla yanaşı, abonent kodu əsasında abonentin oxuma, ödəniş və akt məlumatlarının “mygov” platformasında təqdim olunması təmin edilib.

Xidmət və məlumatlarla yanaşı, “Azərişıq” mobil tətbiqində mövcud olan digər funksionallıqların da “mygov”a inteqrasiyası tamamlanıb.

Qeyd edək ki, “Azərişıq” ASC dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində fəal fəaliyyət göstərən qurumlardan biridir. Son illər ərzində qurum tərəfindən göstərilən xidmətlərin 90 faizdən çoxu rəqəmsallaşdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində artıq 4 milyon istifadəçi "mygov"un xidmətlərindən yararlanır.

Abonentlər “mygov” mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilər: https://onelink.to/rryy4q

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Sentyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri