Icma.az
close
up
RU
“Azərişıq” Zəngilanda yenidənqurma işlərini davam etdirir Video

“Azərişıq” Zəngilanda yenidənqurma işlərini davam etdirir Video

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərişıq” ASC bütün regionlarda olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. 

“Qafqazinfo” xəbər verir ki, görülən işlər nəticəsində Zəngilanın bir sıra kəndlərində, eləcə də şəhər mərkəzində elektrik təsərrüfatı yenilənir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Zəngilanda yeni qurulan şəbəkədə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlar yaradılır. 

Doğma sakinlərinə qovuşan Ağalı kəndində yeni tikilmiş 55 fərdi yaşayış evi və 2 mərtəbəli, 48 mənzilli binanın dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün bütün işlər görülüb. Həmin yaşayış obyektlərinin işıqlandırılması məqsədilə ikidövrəli 35 kV-luq yeraltı kabel xətləri çəkilib, SMS tipli sayğaclar quraşdırılıb. Ağalı kəndində abonentlərə xidmət göstərən ümümilikdə 10 müasir tipli Tansformator Məntəqəsi (TM) quraşdırılıb. Bununla yanaşı şəhər ərazisində tikilən 104 mənzilli yaşayış kompleksi 1600 kVA gücündə 35.04 kV-luq 2 müasir TM-lə təchiz olunub. Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzindən ikidövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib, binalarda SMS tipli sayğaclar quraşdırılıb. 

Gələcəkdə Cahangirbəyli kəndinə köç edəcək sakinlərin elektrik enerjisinə olan təlabatını ödəmək üçün 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasından 11 km ÖİN-3 (Özünüdaşıyan İzolyasiyalı Naqillərdən) istifadə edilərək ikidövrəli 35 kV-luq kabel hava xətti çəkilib.  

Məmmədbəyli də yaxın gələcəkdə öz doğma sakinlərinə qovuşacaq kəndlərdən biridir. Bu məqsədlə yaşayış məntəqəsində yenidənqurma işləri davam edir. Görülən işlərin nəticəsində Ağalı kəndinin Paylayıcı Qurğusundan (PQ) Məmmədbəyliyədək 3,5 km ikidövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib, 67 SMS tipli sayğac quraşdırılıb. Kənddə 1000 kVA gücündə müasir tipli 4 TM abonentlərə xidmət göstərəcək.   

İstehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidənqurma və əsaslı təmir-bərpa işlərini davam etdirir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri