Azəristiliktəchizat dan istilik sistemi ilə bağlı VACİB XƏBƏR
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Hazırlıq işləri yekunlaşmaq üzrədir. Təxminən 966 kilometr istilik xətti sınaqdan keçirilib, təmirə ehtiyac olan hissələrdə yenilənmə aparılıb. Qazanlar, nasoslar və digər avadanlıqlar yoxlanılıb, təmir və sazlama işləri görülüb. Məqsəd nasazlıqları soyuqlar başlamazdan əvvəl aşkar etmək və qışda fasilə riskini azaltmaqdır".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən bildirilib.
Qurumdan qeyd edilib ki, sakinlərdən mənzillərində istilik sistemi ilə bağlı təmir işlərini vaxtında yekunlaşdırmalarını xahiş olunur:
"Sınaqlar zamanı su axıntısı müşahidə edilərsə, bu barədə bizə və binanı idarə edən quruma məlumat verilməsi problemin mövsüm başlamadan həllinə kömək edər.
Sakinlər gecə-gündüz fəaliyyət göstərən 956 Çağrı Mərkəzinə müraciət edə bilərlər. Dəqiq ünvanı, problemin nədən ibarət olduğunu və əlaqə nömrəsini bildirmək araşdırmanı sürətləndirir. Müraciət qeydə alınır və texniki xidmətə yönləndirilir. Nasazlığın səbəbi müəyyənləşdirildikdən sonra onun aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Balansımızdakı qazanxana və istilik xətlərinin təmiri bizim məsuliyyətimizdir. Binadaxili və mənzildaxili sistemlərin sazlığına isə mülkiyyətçilər və binanı idarə edən qurum öz səlahiyyətləri çərçivəsində cavabdehdirlər. Müraciətləri rəsmi saytımızın "Elektron müraciət" bölməsindən də göndərmək olar".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 02 Oktyabr 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















