Icma.az
close
up
RU
Azəristiliktəchizat ın əhalini narazı salan kapriz ləri

Azəristiliktəchizat ın əhalini narazı salan kapriz ləri

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Azəristiliktəchizat" ilə bağlı şikayətlər səngimək bilmir. 

Sözügedən qurumun fəaliyyəti vətəndaşları narazı salır. "Azəristiliktəchizat" ona  ehtiyac olan qış fəslində sözün əsl mənasında “kapriz” nümayiş etdirir. Həmin müddətdə bu qurumdan olan şikayətlərə nəzər saldıqda, deyilən sözə haqq verəcəksiniz. Deməli, hansısa yüksək mərtəbəli binada bir şəxs "Azəristiliktəchizat"a borcunu ödəmirsə, aləm bir-birinə dəyir. Bir nəfər borcunu ödəmədiyi üçün bu qurum tərəfindən bütün binanın istiliyi kəsilir. 

Bəli, olduqca absurd səslənsə də, məhz bu addım atılır. Kiməsə görə soyuq havada bütün sakinlərin istiliyi qurum tərəfindən kəsilir. Onlar kiməsə görə pulunu ödədiyi xidməti ala bilmirlər. Bu, kapriz deyil, bəs nədir? 

"Azəristiliktəchizat" guya bu addımı atmaqla qonşular tərəfindən həmin borclu şəxs üzərində təzyiq yaratmağa çalışır, başqa sözlə, ictimai qınaq. Yəni "Azəristiliktəchizat" borcunu özü ala bilmədiyi üçün başqalarından kömək istəyir. Nə qədər mənasız prosedur olsa da, mütəmadi olaraq təkrarlanır. Bunun tək bir adı var: sakinlərinə zülm vermək, bir nəfərə görə hər kəsi cəzalandırmaq.

"Azəristiliktəchizat" mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi üçün məbləğin hesablanması üçün də olduqca "unikal" bir metoda əl atıb. Belə ki, eyvan və qeyri-yaşayış yerlərini belə istilik verilməsi üçün evin kvadratına daxil edir. Bunun adı soyğunçuluqdan başqa bir şey deyil. Axı eyvan üçün istilik haqqı istəmək ağıla necə gələ bilər? 

Hələlik qiş bitsə də, soyuq bitməyib və "Azəristiliktəchizat"  abonentlərin əsəb sistemini pozmağa davam edir.

 Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Azəristiliktəchizat Şikayət İstilik problem

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Mart 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri