Azərkosmos” mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsi keçirəcək
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərkosmos"un nəzdində fəaliyyət göstərən Akademiya tərəfindən gələcəkdə mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Akademiyanın kosmik icra layihələrinin rəhbəri Əli Tağıyev deyib.
Ə.Tağıyevbu layihənin regional bir layihə layihə olduğunu qeyd edib:
“Layihə Türk Dövlətləri Təşkilatı üzrə nəzərdə tutulub. Bu mobil tədris və təcrübə platforması nəyinki Azərbaycanda, bütün türk dövlətləri ölkələrinə səfər edəcək, müxtəlif regionlara, məktəblərə səfər edəcək və hər kəsi kosmos elmi haqqında məlumatlandıracaq. Bu layihə ilə biz çalışırıq ki, türk dövlətləri arasında həm elmi, həm də mədəni əlaqələrin inkişafına öz töhfəmizi verək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 11 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















