Azərkosmos motosiklet və qaldırıcı səbət ala bilmədi
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin 1 ədəd motosiklet və 1 ədəd qaldırıcı səbətin alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.
Tenderin dəyəri 49 354 AZN-dir. Qurum yenidən satınalma keçirməyə hazırlaşır.
Cabir

