Azərpoçt , AzInTelekom , Bakı Taksi Xidməti və... Əli Əsədov yeni qərar imzalayıb
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib.
Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından "Azərpoçt", "AzInTelekom", "Bakı Taksi Xidməti" MMC-lər, "Bakı Telefon Rabitəsi" MMC və onun tabeliyindəki qurumlar ("AzEuroTel" MMC, Bakı Avtomat Telefon Qovşağı, Layihə Axtarış Kontoru, Rabitə Qurğularının Təmiri və Tikintisi İdarəsi), "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") çıxarılıb.
Baxış sayı:58
Bu xəbər 10 Sentyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















