“Azərreyl” autsayderə qarşı, liderlər üzüzə İdman və Biz
Bu gün kişi voleybolçular arasında Yüksək Liqada 2025-ci ilin ilk oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, IV turun ilk günündə 2 matç baş tutacaq.
Hər iki görüş GİN-in Voleybol Mərkəzində keçiriləcək. Öncə “Azərreyl” çempionatın autsayderi MOİK-i qəbul edəcək.
Ardınca liderlər meydana çıxacaqlar. İtkisiz irəliləyən “Murov Az Terminal” və “Xilasedici” 4-cü qələbə üçün mübarizə aparaaq.
Yüksək Liqa (kişilər)
IV tur
7 yanvar
16:00. MOİK - “Azərreyl”
GİN-in Voleybol Mərkəzi
18:00. “Murov Az Terminal” - “Xilasedici”
GİN-in Voleybol Mərkəzi
Qeyd edək ki, tura sabah “Neftçi” - “Gənclər” matçı ilə yekun vurulacaq.
1
Murov Az Terminal
3
3
0
9-0
225-141
9
2
Xilasedici
3
3
0
9-1
245-182
9
3
Neftçi
3
2
1
6-5
239-229
5
4
Azərreyl
3
1
2
6-6
270-252
4
5
Gənclər
3
0
3
0-9
137-225
0
6
MOİK
3
0
3
0-9
137-225
0
İdman.biz