“Azərsu” tender keçirmədən Abid Şərifova bağlılığı olan şirkətə 5,2 milyon manat ödəyəcək
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (Keçmiş “Azərsu” ASC) “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC (VÖEN – 1000085511 ) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqavilənin şərtlərinə görə, “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC Xətai, Nizami, Binəqədi və Sabunçu rayonları, eləcə də Sumqayıt şəhər inzibati ərazilərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması üçün cari təmir və bərpa işlərini həyata keçirəcək. Görüləcək işlərin qarşılığnda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ASC-yə 5 milyon 201 min 558 manat ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 377 min 290 manat olan “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Yasamal rayonu, Qurban Xəlilov, ev 8”də yerləşən ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl-Əfəndiyeviçdir. İsmiyev Həmzət “Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-nin direktorlar şurasının sədri İsmiyev İsmayıl-Əfəndi Hacımuradoviçin oğludur. 1955-ci ildə Dağıstan Respublikasında anadan olan İsmayıl İsmiyev 1978-ci il Saratov Politexnik İnstitutundan məzun olub.
Məlumat üçün bildirək ki, daha əvvəl yayılan məlumatlarda ASC-nin əsas səhmdarlarından (12%-dən çox paya sahib) birinin 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini olmuş Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olduğu qeyd olunub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:“Azərsu” tenderin qalibi olan şirkətə 1 599 999,99 manat ödəyəcək
12 May 2026 12:44
“Azərsu”nun 5,2 milyon ödəyəcəyi şirkəti Abid Şərifovla nə bağlayır?
22 Sentyabr 2026 15:44
Təhsil Nazirliyi bu şirkətə tender keçirmədən 195 min ödəyəcək
12 Dekabr 2025 16:46
Mədəniyyət Nazirliyi bu şirkətə 1,2 milyon ödəyəcək
26 Dekabr 2025 10:50
Su Ehtiyatları Agentliyi bu şirkətə 75 milyon manat ödəyəcək
11 Dekabr 2025 17:36
Baxış sayı:138
Bu xəbər 22 Sentyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















