Icma.az
close
up
RU
AZƏRSU , YOXSA AZƏRYEZİD ? Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!

AZƏRSU , YOXSA AZƏRYEZİD ? Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (“Azərsu”) yay-qış demədən Bakı sakinlərini su ilə sınağa çəkməkdə davam edir. Məsələn, Xətai rayonu ərazisində dünən günorta saatlarından etibarən yenə su kəsilib. Bunun səbəbi haqda əvvəlcədən istehlakçılara məlumat verilməməsi bir yana, suyun nə vaxt veriləcəyi də bəlli deyil. Çünki Agentliyin 955 Çağrı Mərkəzinə düşmək mümkün deyil.

Şübhə yoxdur ki, suyun kəsilməsi vətəndaşlara həm maddi, həm də mənəvi zərər verir. Çünki günlərlə susuz qalan sakinlər hətta sanitar qovşaqda istifadə etməli olduqları suyu belə, gedib mağazalardan satın almağa məcbur olurlar. 

Dünən günortadan etibarən 955 Çağrı Mərkəzinin operatoru dayanmadan təkrar edir ki, “sizin növbədəki sıranız 21-dir”. Saatlarla gözləyirsən, növbə sənə çatmır. Növbə çatana yaxın isə telefon "təsadüfən" adboy gedir. Görünür, vətəndaşlara veriləcək cavabları yoxdur. Bəlkə, artıq operatorlar da "qəza var" deməkdən utanır. Axı, nə qədər "qəza var" sözünü eşitməliyik?!

Bir sözlə, Çağrı Mərkəzi “çağırma” mərkəzi ilə əvəz olunur. İndi gəl, yenidən qaynar xəttə düş, düşə bilsən.

Bu qurum açıq-aşkar vətəndaşların canına qəsd edir. Bu boruları necə təmir edirlər ki, 1 ayda 3 dəfə qəza olur?! İl ərzində bu quruma milyonlarla manat pul ayrılır, amma yeyintidən başları açılmır ki, boruları doğru-düzgün təmir etsinlər. Axı, bu qurum nə vaxt "yezidlik" etməyə son qoyacaq?!

Hara, kimə deyək dərdimizi? Niyə bu milləti ayağa qaldırmağa çalışırlar? “Azərsu” rəhbərliyi, yaxud da İctimaiyyətlə əlaqələr şöbəsi, zəhmət olmasa sualımıza cavab verin: Necə olur ki, eyni ərazidə 1 ayda 3 dəfə qəza olur?! Qəza olan borunu necə təmir edirlər ki, az keçmədəm yenidən "qəza şəraiti" yaradır?!

Jalə FAMİLQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Sentyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri