Icma.az
close
up
RU
Sadəttin Saran: Mənə qarşı sui qəsd həyata keçirilir

Sadəttin Saran: Mənə qarşı sui qəsd həyata keçirilir

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan "narkotik" istintaqı çərçivəsində şübhəli qismində ifadəyə çağırılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan "Fənərbaxça" prezidenti Sadəttin Saran gündəmi sarsıdan iddialara münasibət bildirib. Saran ona qarşı "qərəzli əməliyyat" aparıldığını qeyd edərək, hüquqi proses başladacağını elan edib.

Milli.Az xəbər verir ki, Sadəttin Saran sosial media hesabından etdiyi açıqlamada, xüsusilə "WhatsApp" qruplarında yenidən dövriyyəyə buraxılan köhnə video və paylaşımların saxta olduğunu vurğulayıb:

"Məqsədli şəkildə yayılan və illər əvvəl təkzib edilmiş, mənimlə heç bir əlaqəsi olmadığı qəti şəkildə sübut olunmuş görüntülər vasitəsilə mənə qarşı qarayaxma kampaniyası aparılır. Bu materialların bu gün yenidən ortaya atılması açıq-aşkar bir 'nüfuz sui-qəsdi'dir."

Saran həmçinin bəzi media qurumlarında şəxsi həyatına dair edilən şərhlərin mətbuat etikasına və qanunlara zidd olduğunu bildirib. O, həm bu görüntüləri yayanlar, həm də şəxsiyyət hüquqlarını pozan media nümayəndələri barədə dərhal vəkilləri vasitəsilə cinayət işi qaldırılacağını bəyan edib.

Xatırladaq ki, İstanbulda aparılan narkotik istintaqı çərçivəsində Sadəttin Saranın adı hallanmış və onun hazırda həbsdə olan Ela Rümeysa Cebeci ilə dialoqlarının və videolarının məhkəmə işinə daxil edildiyi iddia olunmuşdu. 
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Dekabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri