Azərbaycanla sıx tərəfdaşlığımızı davam etdirməkdən qürur duyuruq” Nihal Səad
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“BMT sistemində mədəniyyətlərarası və dinlərarası dialoqa rəhbərlik edən əsas qurumlardan biri kimi BMT-nin Ümumdünya Turizm Təşkilatı dövlət və qeyri-dövlət iştirakçılarını bir araya gətirərək dialoq üçün qlobal platforma yaratmaq istiqamətində səylər göstərib”.
Redaktor.az xəbər verir ki, bunu “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" ilə bağlı keçirilən mətbuat konfransında Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Səad dedi.
Onun sözlərinə görə, son 20 ildə təşkilatın qlobal forumları beynəlxalq səviyyədə tanınıb:
“Bu fəaliyyətlər dialoqun münaqişələrin qarşısının alınması, sülhün qurulması və sosial birliyin gücləndirilməsi üçün vacib vasitə olduğuna inamımıza əsaslanır.
Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu bu məqsədlərin həyata keçirilməsi baxımından ən mühüm qlobal platformalardan biri olaraq qalır. Forumun yeddinci dəfə keçirilməsi münasibətilə Azərbaycanla sıx tərəfdaşlığımızı davam etdirməkdən qürur duyuruq”.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 Oktyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















