19 ölkədən media nümayəndələri Bakıdakı Forumu işıqlandıracaq
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"Bu tədbiri 19 ölkədən gələn media nümayəndələri işıqlandıracaq"
Bakıvaxtı.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
O tədbirə qoşulan hər kəsə, xüsusilə dost ölkələrdən gələn qonaqlara təşəkkür edib.
Nazir müavininin sözlərinə görə, qarşıdakı günlərdə forum çərçivəsində baş verən bütün proseslər həmin jurnalistlər tərəfindən işıqlandırılacaq.
F.Cəfərov Bakı Prosesi və forumların tarixinə də toxunub.
O qeyd edib ki, Bakı Prosesinin əsası 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qoyulub və əsas məqsəd Şərq və Qərb ölkələrinin mədəniyyət nazirlərini Bakıda bir araya gətirmək olub. Onun sözlərinə görə, bu təşəbbüsdən sonra 2010-cu ildə dövlət başçısı BMT Baş Assambleyasında Azərbaycanın Mədəniyyətlərarası Dialoq Forumlarına ev sahibliyi edəcəyini elan edib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 Oktyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















