Icma.az
close
up
RU
“Azərsun Holdinq” Yaşıl zonada “İstehlakçılıqdan dövriyyəyə” panel müzakirəsi təşkil edəcək

“Azərsun Holdinq” Yaşıl zonada “İstehlakçılıqdan dövriyyəyə” panel müzakirəsi təşkil edəcək

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

“Azərsun Holdinq” COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı kimi qlobal iqlim tədbirlərinin təşkilində fəal iştirak edir. Şirkət, son günlərdə COP29 çərçivəsində təşkil olunan Yaşıl Zona pavilyonunda süni intellekt, təkrar emal, resursların səmərəli istifadəsi və sağlam həyatla bağlı müxtəlif təqdimatlar və seminarlar keçirib. Tədbirlərdə media nümayəndələri, müxtəlif şirkətlərin əməkdaşları və beynəlxalq tərəfdaşlar iştirak ediblər.

Növbəti panel müzakirəsi 21 noyabr saat 10:00-11:00 aralığında Yaşıl Zona “Kainat” zalında baş tutacaq. “İstehlakçılıqdan dövriyyəyə: Resursların səmərəli istifadəsi və iqlim fəaliyyəti ilə həddən artıq istehlak probleminin həlli” mövzusunda keçiriləcək müzakirədə, iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf və gənc liderlərin bu sahədəki rolu ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə əsas çıxışçılardan biri, Azərsun Kağız və Karton Korporasiyası nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabriki müdiri Əli Məmmədov olacaq.

“Azərsun Holdinq”, ekoloji dayanıqlığı təmin etmək məqsədilə təkrar emal sahəsində tətbiq etdiyi innovativ yanaşmalarla yanaşı, həm də sosial məsuliyyət təşəbbüslərinə böyük önəm verir. Şirkət, yerli və beynəlxalq səviyyədə ətraf mühitin qorunmasına və iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə vermək üçün fəaliyyətini genişləndirməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see241

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see203

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see198

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see195

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see172

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see166

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see166

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see150

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see141

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see136

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see123

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri