Icma.az
close
up
RU
Azərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur Fotolar

Azərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərsun Kağız Karton İstehsalat Korporasiyasının nəzdində fəaliyyət göstərən Təmizlik Vasitələri fabrikində jurnalistlər üçün görüş təşkil edilib.

Görüş çərçivəsində, media nümayəndələrinə fabrikin istehsal prosesi ilə yaxından tanış olmaq imkanı yaradılıb. Eyni zamanda, istehsal olunan markalar və bu məhsulların keyfiyyət standartları barədə geniş məlumat verilib.

Təmizlik vasitələri necə istehsal olunur?

2022-ci ildən fəaliyyətə başlayan müəssisənin çox qısa müddət ərzində Azərbaycanda təmizlik vasitələri sahəsində aparıcı mövqeyə yüksəldiyi vurğulanıb. Hazırda fabrikin illik istehsal gücü 22 min ton təşkil edir və bu məhsullar istehlakçılar tərəfindən yüksək qiymətləndirilir.

Fabrikin müasir texnologiyalarla təchiz olunmuş istehsal xəttində İtaliya və Türkiyədən gətirilmiş ən qabaqcıl avadanlıqlardan istifadə olunur. Müəssisənin laboratoriyasında bütün məhsullar keyfiyyət nəzarətindən keçir. Bu, istehsal olunan məhsulların yüksək standartlara cavab verməsinə və müştəri məmnuniyyətini təmin etməsinə zəmin yaradır.

Eyni zamanda təmizlik məhsullarının seçilməsində dayanıqlılıq və ətraf mühitə təsir amillərinə xüsusi diqqət edilir. Dayanıqlı məhsullar yenidən emal oluna bilən materiallardan hazırlanır və tərkibində ətraf mühitə zərər verə biləcək kimyəvi maddələr minimuma endirilir. Ekoloji cəhətdən təmiz məhsullar təbiətə zərər vermədən parçalanır və su hövzələrini çirkləndirmir. Bu cür məhsullar həm ev təsərrüfatlarında təhlükəsiz istifadə imkanı yaradır, həm də ekosistemin qorunmasına töhfə verir. Heyvanlar üzərində test olunmayan bu cür məhsullar həm canlıların, həm də ölkəmizin rifahını nəzərə alan məsuliyyətli istehlak nümunəsidir.

Təmizlik vasitələri fabrikində Crystalex, Wipelex, Pure Sense, OxyWhite və Praxi, Biodax kimi geniş çeşiddə məhsullar istehsal olunur. Bu məhsullar arasında qab yuyucu şampunlar, maye sabunlar, şüşə təmizləyicilər, ağardıcılar, dezinfektantlar və səth təmizləyiciləri kimi gündəlik həyatımızda istifadə olunan müxtəlif təmizlik vasitələri mövcuddur. Hər bir məhsulun formulları, istifadəçinin ehtiyaclarına cavab verəcək şəkildə hazırlanıb və alıcılar tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edək ki, məhsullar keyfiyyəti, effektivliyi və sərfəli qiymətləri ilə alıcıların diqqətini çəkib və onların etimadını qazanıb.

Görüşdə Təmizlik Vasitələri Fabrikinin sektordakı gələcək hədəfləri və planları barədə jurnalistlərə məlumat verilib. Fabrik rəhbərliyi, gələcəkdə daha çox məhsul çeşidi istehsal etməyi və müştəri tələblərinə uyğun olaraq istehsal gücünü daha da artırmağı planlaşdırdıqlarını bildirib.







Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri