Icma.az
close
up
RU
Azərsun medianı kababxanalara qaytarır

Azərsun medianı kababxanalara qaytarır

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Azərbaycanda son illər Azərsun Holdinq haqqında mediada tənqidi materiallara rast gəlinməməsi diqqətçəkən tendensiyaya çevrilib. Bir çox müşahidəçilərin qənaətinə görə, bunun səbəbi şirkətin fəaliyyətindəki keyfiyyətli dönüş yox, əksinə, media ilə qeyri-rəsmi və media etikası ilə həmişə uzlaşmayan “əməkdaşlıq” münasibətləridir. Bu gün keçirilən tədbir- şirkətin bəzi media rəhbərlərini restorana dəvət edib ziyafət verməsi- bax, bu münasibətlərin daha bir nümunəsi sayıla bilər.
Azərbaycanda medianın 150 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin təbrik mesajları alması təbiidir. Amma isti münasibət medianın tənqid etmək azadlığına xələl gətirməməlidir. Tənqidə dözümlü olmaq ictimai məsuliyyət daşıyan hər bir hüquqi şəxs, xüsusən də böyük şirkətlər üçün əsas prinsiplərdən biri olmalıdır. Ziyafətlərin, hədiyyələrin, şəxsi yaxınlıqların kölgəsində formalaşan münasibətlər isə, bir çox hallarda media azadlığını təhdid edə və jurnalistikanı əsas funksiyalarından uzaqlaşdıra bilər.
Azərbaycanda uzun müddət belə bir problem yaşanırdı. KİVDF dövründə tez-tez keçirilən və dar bir çevrənin maraqlarına xidmət edən səfərlər, daha çox jurnalistin könlünü almaq üçün təşkil olunan restoran dəvətləri media camiəsini ictimai nəzarət və peşəkar məsuliyyətdən uzaqlaşdırırdı. Lakin son illərdə bu yanlış ənənəyə son qoyuldu. Medianın İnkişaf Agentliyi tərəfindən mətbuat nümayəndələri kababxanalardan auditoriyalara daşındı, ADA kimi nüfuzlu universitetlərdə təlimlərə, seminar və elmi-praktik müzakirələrə cəlb olundu. Bu, medianın cəmiyyətə daha yaxşı xidmət etməsi üçün müsbət bir dönüş idi. Amma indi böyük şirkətlərin - xüsusilə bazarda monopol mövqeyə malik olan “Azərsun”un- medianı yenidən kababxanaya çəkməsi, başqa sözlə, köhnə metodlara qayıtması narahatlıq doğurur.
Azərsun Holdinq əgər medianı təbrik etmək,qutlamaq istəyirsə, bunun daha kreativ yolları var. Reklamla, açıq maliyyə dəstəyi ilə, ictimai faydalı kampaniyalarla Anadolu türkləri demiş, "dodaq uçuqladan" məbləğdə böyük paralar qazanan şirkət media mühitini və pluralizmi dəstəkləyə bilər. Bu, həm də onun korporativ məsuliyyət nümunəsi ola bilərdi. Amma şirkətin yaydığı maliyyə hesabatlarının formatı belə, onun bu məsuliyyətin daşıyıcısı olmadığını göstərir. Rəqəmlər təqdim olunur, amma nə izahat var, nə vizual təqdimat, nə də aydınlıq. Elə sənədlər var ki, üzərində şirkətin adı belə güclə seçilir. Bu, istənilən halda, şəffaflıq meyarına ziddir. Cəmiyyətin hesabat verə bilən şirkətlərə ehtiyacı var- xüsusilə bazar və qiymət siyasətinə birbaşa təsir göstərən istehsalçılar üçün bu, daha da vacibdir. Amma bu barədə "Azərsun"dan heç kim heç nə soruşmur. Səbəbi bəllidir.
Ziyafət tənqidin alternativi deyil. Şirkət jurnalistləri süfrə başına deyil, məlumat bazasına dəvət etməlidir. İctimaiyyətlə açıq dialoq, istehlakçının hüququna hörmət, gündəlik istehlak etdiyimiz olan məhsulların mənşəyi və qiymətinin əsaslandırılması barədə şəffaflıq Azərsunun da, medianın da nüfuzuna daha çox fayda verər. Yoxsa jurnalistlərin ildə bir dəfə restoranda qonaq olması, onun ertəsi gün yazacağı obyektiv məqalənin tonunu dəyişirsə, bu, təkcə medianın deyil, şirkətin də etibar itkisinə səbəb olacaq. Azərsun öz fəaliyyətində peşəkarlığı və hesabatlılığı önə çəkməli, media ilə münasibətlərində isə şəffaf və açıq qalmalıdır. Buna nail olmaq üçün də ilk növbədə kreativ, media dəyərlərinin fərqinə varan PR komandası formalaşdırmalıdır. (AzNews.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 İyul 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri