İmpiçmentə mane oldular PROSES 2027 Cİ İLƏ QƏDƏR DAYANDIRILDI KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
ABŞ Konqresindəki respublikaçılar Pentaqonm rəhbəri Pit Hegsetin impiçmentə cəlb olunması cəhdinin qarşısını alıblar.
KONKRET.az xəbər verir ki, noyabrın 10-da ABŞ Konqresinin Nümayəndələr Palatası müdafiə naziri Pit Hegsetin impiçmenti ilə bağlı qətnamə layihəsinin Palatanın Hüquq Komitəsinə göndərilməsi barədə respublikaçıların təklifini dəstəkləyib.
Reuters-in məlumatına görə, Respublikaçılar Partiyasının nəzarətində olan komitədə qətnamənin qəbul edilməməsi ehtimalı yüksək olduğundan, impiçment prosesi faktiki olaraq 2027-ci ilin yanvarında Konqresin yeni çağırışı fəaliyyətə başlayana qədər dayandırılıb. Həmin vaxt Nümayəndələr Palatasında çoxluğun Demokratlar Partiyasının nümayəndələrinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, indiyədək ABŞ tarixində müdafiə naziri barəsində impiçment proseduru tətbiq edilməyib.
Pit Hegsetin impiçmenti ilə bağlı qətnamə layihəsinin müəllifi onun partiyadaşlarından olan respublikaçı konqresmen Tomas Massidir. O, Pentaqon rəhbərini səlahiyyətlərindən sui-istifadədə, o cümlədən İranla müharibə ilə bağlı qərar və addımlarına görə ittiham edib.
Hegset isə irəli sürülən ittihamları rədd edib. O, İranla müharibənin tarix tərəfindən bu gün ictimai rəydə formalaşmış münasibətdən tamamilə fərqli şəkildə qiymətləndiriləcəyini bildirib.
ABŞ prezidenti Donald Tramp da Pentaqon rəhbərinə dəstəyini ifadə edib.
Ağagül Mürsəlov,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 11 Noyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















