Nikah dövründə götürülən kredit ər arvad arasında belə bölünür
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ailə qurduqdan sonra həyat yoldaşlarından birinin kredit götürməsi boşanma zamanı tərəflər arasında mübahisəyə səbəb ola bilir. Məsələn, qadın nikah dövründə 50 min manat kredit götürür, boşanma zamanı isə borcun yarısının ər tərəfindən ödənilməsini tələb edir. Ər isə kredit onun adına olduğu üçün məsuliyyət daşımadığını bildirir.
Bəs belə hallarda borc ər-arvad arasında necə bölünür? Kredit müqaviləsinin kimin adına olması həlledici rol oynayır, yoxsa pulun hansı məqsədlə xərcləndiyi əsas götürülür?
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən vəkil Babək Həmidov bildirib ki, nikah müddətində əldə edilən aktiv və passiv borclar birgə nikah müddətində əldə edildiyindən birgə öhdəlik və birgə mülkiyyət hesab oluna bilər: ShopByBro
“Nəticə etibarilə cari situasiyada kreditin təyinatı və hara xərclənməsi çox önəmli məqamdır. Əgər müəyyən olunsa ki, kreditin təyinatı və xərcləndiyi yer ailənin birgə təsərrüfatı, yəni həyat səviyyəsinin yaxşılaşdırılması, təmir, tikinti, birgə yaşadıqları evə dair müəyyən əşyaların əldə edilməsi və yaxud da hər hansı bir birgə mülkiyyətə dair əmlakın əldə edilməsidirsə, nəticə etibarilə həmin kredit borcunun bölünməsi məhkəmə tərəfindən həyata keçirilə bilər.
Əgər qeyd edildiyi kimi, vəsait onu əldə edən tərəfin şəxsi ehtiyacları üçün əldə edilibsə, belə olduğu təqdirdə isə həmin kredit tərəflər arasında bölünmür”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 11 Noyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















