Icma.az
close
up
RU
AZƏRTAC ın transmilli media və beynəlxalq informasiya sistemində yeri və rolu

AZƏRTAC ın transmilli media və beynəlxalq informasiya sistemində yeri və rolu

Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.

AZƏRTAC, Azərbaycanın Dövlət İnformasiya Agentliyi olaraq, beynəlxalq aləmdə, dünya informasiya sistemində mühüm rol oynayır və transmilli media mühitində əhəmiyyətli yer tutur. Agentlik, həm daxili, həm də beynəlxalq informasiya mübadiləsində Azərbaycanın mövqeyini gücləndirmək istiqamətində fəaliyyət göstərir. Transmilli media ilə əlaqələrini davam etdirərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmasını və əhəmiyyətini artırmağa xidmət edir, ölkənin informasiya siyasətində və beynəlxalq əlaqələrində mühüm rol oynayır.

Bu fikirlər filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “AZƏRTAC-ın transmilli media və beynəlxalq informasiya sistemində yeri və rolu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

AZƏRTAC, Azərbaycanın beynəlxalq münasibətlərdəki fəallığını və diplomatik uğurlarını geniş auditoriyaya çatdırmaq məqsədilə müxtəlif beynəlxalq media qurumları ilə əməkdaşlıq edir. Məsələn, fevral ayında Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurmuşdur. AZƏRTAC, bu görüşlər barədə ətraflı məlumatlar yayımlayaraq, Azərbaycanın beynəlxalq nüfuzunu artırmağa xidmət etmişdir.

Bundan əlavə, Bakıda keçirilən beynəlxalq konfranslarda Azərtacın iştirakı və məlumat yayımı, Azərbaycanın qlobal məsələlərdəki mövqeyini gücləndirir. Məsələn, "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda AZƏRTAC-ın məlumatları, Azərbaycanın bu sahədəki fəallığını dünya ictimaiyyətinə təqdim etmişdir.

Azərtacın beynəlxalq media qurumları ilə əməkdaşlığı və qlobal məsələlərdəki fəallığı, Azərbaycanın dünya mediasında daha geniş təmsil olunmasına və ölkəmizin mövqeyinin gücləndirilməsinə xidmət edir.

Ümumiyyətlə, AZƏRTAC-ın dünya media sistemindəki rolu çoxaspektlidir. Agentlik beynəlxalq əməkldaşlıq, qlobal məsələlərdə iştirak, transmilli informasiya yayımı, dünyanın aparıcı informasiya agentlikləri ilə əlaqə kimi çoxspektli funksiyaları yerinə yetirir.

Beynəlxalq əməkdaşlıq: Azərtac, bir sıra beynəlxalq informasiya agentlikləri ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır. Bu əməkdaşlıq, Azərbaycanın mövqeyini dünya mediasında tanıtmaq və ölkənin beynəlxalq siyasətini daha geniş auditoriyaya çatdırmaq məqsədini güdür.

Qlobal məsələlərdə iştirak: Azərtac, beynəlxalq tədbirlər, konfranslar və forumlarda iştirak edərək Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə təqdim edir. Bu tədbirlər vasitəsilə, Azərbaycanın qlobal məsələlərdəki fəallığı dünya media sistemində daha geniş işıqlandırılır.

Transmilli informasiya yayımı: Azərtac, müxtəlif dillərdə məlumatlar yayaraq, müxtəlif ölkələrdəki oxuculara çatdırır. Bu, Azərbaycanın beynəlxalq əlaqələrini və müasir media mühitindəki rolunu daha da gücləndirir.

Beynəlxalq informasiya agentlikləri ilə qarşılıqlı əlaqə: Azərtac, müxtəlif transmilli xəbər agentlikləri ilə sıx əməkdaşlıq edir və müasir media sistemində Azərbaycanın mövqeyini daha geniş auditoriyaya çatdırmaq üçün bir çox platformalardan istifadə edir.

AZƏRTAC transmilli media sistemində Azərbaycanın səsini yüksəltmək və beynəlxalq arenada daha güclü təmsil olunmasına yönəlmiş bir çox fəaliyyətləri ilə tanınır. AZƏRTAC, 1920-ci ildən fəaliyyətə başladığı gündən bu günə kimi Azərbaycan Respublikasının dövlət xəbərləri, informasiya siyasəti və mədəniyyət məsələlərində vacib rol oynayıb. Azərbaycanın müstəqilliyinin, inkişafının və xarici əlaqələrinin məlumatlandırılmasında əsas vasitəçi olub. Hazırda AZƏRTAC dövlət informasiya agentliyi olaraq, ölkə və dünya xəbərlərini, eləcə də Azərbaycanın beynəlxalq əlaqələrini düzgün, operativ və etibarlı şəkildə yayımlamaqdır.

Agentlik yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini gücləndirmək məqsədilə fəaliyyət göstərir. Dünya informasiya sistemində AZƏTAC-ın yeri bir neçə əsas sahədə özünü göstərir:

Rəsmi informasiyaların etibarlı mənbəəsi: AZƏRTAC Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanlarını işıqlandıran, ölkə başçısının rəsmi görüşləri və səfərləri ilə bağlı operativ məlumat yayımlayan dünya media sistemində etibarlı, əhəmiyyətli informasiya platformasıdır.

Etibarlılıq və objektivlik: AZƏRTAC, dövlət agentliyi olaraq ölkə siyasətinin müəyyən etdiyi prinsip və dəyərləri əks etdirir. Bu, AZƏRTAC-ın beynəlxalq media sistemində xüsusi yer tutmasını təmin edir, çünki o, Azərbaycanın dövlət siyasətini və mövqeyini izləyicilərinə düzgün çatdırır.

Xarici siyasət və diplomatik əhəmiyyət: AZƏRTAC, beynəlxalq xəbərləri yayımlayaraq Azərbaycanın xarici siyasətinin dünyada tanınmasına və təsdiqlənməsinə kömək edir. Agentlik, həmçinin, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla və ölkələrlə əlaqələrini göstərən məlumatlar təqdim edir. Bu, xüsusilə Azərbaycanın diplomatik mövqeyini daha da möhkəmləndirir.

Multimedia resursları və informasiya yayımı: AZƏRTAC, yalnız yazılı mətbuatla məhdudlaşmır. Həmçinin audiovizual, video, infoqrafika materialları istehsal edir və kontenti onlayn platformalarda yayımlayır. Bu, onu konvergent media qurumuna çevirir və dünya media sistemində daha geniş bir auditoriyaya sahib olmasına imkan verir.

Azərbaycanın mədəniyyətinin və iqtisadiyyatının təbliği: AZƏRTAC, Azərbaycanın mədəniyyəti, iqtisadiyyatı, təhsili və elmi sahələrindəki uğurlarını dünya miqyasında tanıdır. Bu, Azərbaycanın dünya arenasında tanınmasını təmin edən mühüm vasitədir. Agentlik, xüsusilə ölkə iqtisadiyyatının inkişafını, dövlətin sosial proqramlarını və digər vacib layihələrini işıqlandırır.

Dünya media agentlikləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq: Azərtac, dünyanın ən böyük xəbər agentlikləri ilə əməkdaşlıq edir, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparılır. Bunun nəticəsində Azərbaycanla bağlı xəbərlər beynəlxalq arenada geniş yayılma imkanına malik olur. Həmçinin beynəlxalq və regional media təşkilatları çərçivəsində Associated Press, Reuters, Press Association, DPA, Sinxua və bir sıra digər nüfuzlu xəbər yayımçıları ilə sıx əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir. AZƏRTAC 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya eyni vaxtda sədrlik etməklə adını dünya media tarixinə yazdırıb. 2023-cü ildə isə İstanbulda Türk Xəbər Agentlikləri Birliyinin (ATNA) təsis Baş Assambleyasında AZƏRTAC ATNA-nın baş katibi seçilib. AZƏRTAC, xüsusən, BMT, UNESCO, və digər beynəlxalq təşkilatlarla sıx əlaqələr qurmuş və bu əlaqələr vasitəsilə Azərbaycanın dünyada tanınmasına töhfə vermişdir.

AZƏRTAC-ın əhəmiyyəti və gələcək perspektivləri:

Azərtacın dünya media sistemindəki rolu zamanla daha da artmaqdadır. Yeni texnologiyaların tətbiqi ilə Azərtac, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha çox istifadəçiyə məlumat verməkdədir. Gələcəkdə Azərtacın qəqəmsal platformalarda daha fəal olması, Azərbaycanın dünya informasiya sistemindəki yerini daha da möhkəmləndirəcəkdir. Bundan başqa, Azərtacın güclü beynəlxalq şəbəkələr quraraq, daha çox xarici media orqanları ilə əməkdaşlıq etməsi, Azərbaycanın beynəlxalq media səhnəsində daha çox yer tutmasına kömək edəcəkdir.

AZƏRTAC, Azərbaycan Respublikasının dövlət xəbər agentliyi olaraq, dünya media sistemində özünəməxsus yerini tutur. Onun beynəlxalq əlaqələrdəki rolu, Azərbaycanın mədəniyyətinin, iqtisadiyyatının və sosial inkişafının təbliği, eləcə də dünya xəbərlərinin düzgün və etibarlı şəkildə yayılması baxımından əvəzsizdir. AZƏRTAC-ın dinamik inkişafı, ölkənin informasiya siyasətinin güclənməsinə və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradadır.

Leyla RƏŞİD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 01 Mart 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see142

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see113

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see109

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see109

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri