Icma.az
close
up
RU
Azərbaycan TDTnin media və informasiya üzrə 6cı toplantısında təmsil olunub AZƏRTAC

Azərbaycan TDTnin media və informasiya üzrə 6cı toplantısında təmsil olunub AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da Azərbaycanın nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 6-cı toplantısında iştirak edib.

MEDİA-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Respublikası ilə Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələr arasında media sahəsində ikitərəfli əməkdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə və təcrübə mübadiləsinin təşviqinə xüsusi diqqət göstərildiyini bildirib.

O, sürətli texnoloji inkişafın yaratdığı yeni reallıqlar fonunda Türk dövlətləri arasında media sahəsində əlaqələrin gücləndirilməsinin müstəsna əhəmiyyət daşıdığını vurğulayaraq diqqətə çatdırıb ki, tərəfdaş ölkələr arasında bu sahədə imzalanan Anlaşma memorandumları media və kommunikasiya sahəsində əməkdaşlığın təşviqini hədəfləyir, eyni zamanda, milli maraqlarımızın qorunmasına və qlobal mövqeyimizin möhkəmləndirilməsinə birmənalı yanaşmamızı nümayiş etdirir.

Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 6-cı toplantısının sonunda Kommünike qəbul olunub.

Səfər çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib.

Görüşdə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”nin icra vəziyyəti, həmçinin kommunikasiya sahəsinə məsul olan struktur bölmələrin fəaliyyətinin gücləndirilməsi, hər iki ölkənin media subyektləri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, prioritet hədəflərin və birgə təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, media savadlılığının yüksəldilməsi üçün ortaq layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see236

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see171

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see167

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see140

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see139

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see134

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see129

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see128

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see127

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see124

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see120

Tramp: Hər həftə Ukrayna və Rusiya təxminən 7 min insan itirir

02 Sentyabr 2025 23:06see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri