Icma.az
close
up
RU
“Azərxalça” ASC Avropada Azərbaycan xalçaçılıq sənətinin təbliğatını davam etdirir

“Azərxalça” ASC Avropada Azərbaycan xalçaçılıq sənətinin təbliğatını davam etdirir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tiranada “Əlləriniz var olsun! ” xalça kolleksiyası nümayiş olunub

Bakı, 21 noyabr, AZƏRTAC

“Azərxalça” ASC, Azərbaycanın Albaniyadakı səfirliyi və Tirana İncəsənət Qalereyasının birgə təşkilatçılığı, Tirana Şəhər Bələdiyyəsinin dəstəyi ilə Tirana İncəsənət Qalereyasında (Tirana Art Gallery) Azərbaycan xalçalarının Avropada növbəti sərgisi açılıb.

“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunub.

Sərgi çərçivəsində müxtəlif təhsil ocaqlarının incəsənət fakultələri tələbələrinin Azərbaycanlı rəssamlarla görüşü və ustad dərsləri keçirilib.

“Əlləriniz var olsun!” sərgisinin açılışı ilə bağlı təşkil olunmuş xüsusi tədbirdə Albaniya dövlət qurumlarının rəsmiləri, parlamentin üzvləri, Tiranadakı diplomatik korpusun nümayəndələri, media nümayəndələri, elm və akademik dairələrin təmsilçiləri, incəsənət və mədəniyyət xadimləri, habelə Albaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

“Əlləriniz var olsun!” xalça kolleksiyasına “Azərxalça” ASC-nin emalatxanalarında toxunan Qarabağ, Quba və Şirvan xalçaçılıq məktəblərinə aid ənənəvi xalçalarla yanaşı, müxtəlif xüsusi kolleksiyalardan əsərlər də daxildir. Bunların sırasına “Azərxalça” ASC-nin Rəşad Ələkbərovla ortaq “44” kolleksiyasından bir, Aydan Salahova ilə “Yaddaşın memarı” və “Qadın” kolleksiyalarından iki, Faiq Əhmədlə ortaq layihədən bir, gənc rəssam Samirə Allahverdiyeva ilə “Nar simfoniyası” kolleksiyasından 3 eksklüziv xalça və “AFFFAIR” ilə əməkdaşlıqdan Rüfət İsmayılın iki - “Naxçıvan” və “Qarabağ” xalçaları daxildir. Bundan əlavə, sərgidə öz əsərlərində Şərqlə Qərbi birləşdirən və bununla da sərhədləri yox etməyə çalışan alban rəssam Xhevahir Kolgjinin Cevahir Kolqyinin də iki xalçası nümayiş olunacaq.

Sərgidə çıxış edən Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov xalqımızın qədim və zəngin mədəni irsinin bariz nümunələrindən olan xalçaçılıq sənətinin tarixi və ölkəmizdə bu sənətin inkişafına dövlət tərəfindən göstərilən qayğı barədə məlumat verib. Səfir qeyd edib ki, sərginin məqsədi sənət vasitəsilə Azərbaycan mədəniyyətini və həqiqətlərini yerli sakinlərə çatdırmaqdır. İki ay davam edəcək sərgi Azərbaycan və Albaniya xalqlarının yaxınlaşmasına töhfə verəcək. O, Tirana şəhər bələdiyyəsinə sərginin nümayişinə yaradılmış şəraitə görə təşəkkür edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov isə çıxışı zamanı tədbir iştirakçılarını yaxın zamanda qeyd etdiyimiz, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr - Zəfər Günü və möhtəşəm qələbənin 5 illiyi münasibətilə təbrik edərək təşkilatın tarixindən söz açıb. Sədr “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. O, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan müxtəlif xalçaların qısa tarixindən də söz açaraq “Azərxalça” ASC-nin gələcək planları və əsas hədəflərindən də danışıb.

Daha sonra Tirana İncəsənət Qalereyasının direktoru Edit Pula və xüsusilə bu sərgi üçün vətəninə səfər edən Albaniya Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Besart Kadia çıxış ediblər.

Azərbaycanın xalçaçılıq sənətinin dünyada tanıdılması, milli mənəvi irsimizin qorunması, müasir dövrə uyğunlaşdırılaraq gələcək nəsillərə ötürülməsi, xalçaçılıq sənətinin təbliğinə dəstək yönündə “Azərxalça” ASC və “AFFFAIR” in ortaq, “Mədəni irsə yeni baxış” kolleksiyasına aid “Qarabağ” və “Naxçıvan” xalçaları “PAŞA Holding” və “PAŞA Bank” tərəfindən Tirana İncəsənət Qalereyasına hədiyyə olunub. Bu xalçalar qalereyanın daimi kolleksiyasında nümayiş olunmağa davam edəcək. Bununla yanaşı, “Naxçıvan” xalçasının daha bir nümunəsi isə “PAŞA Holding” tərəfindən Albaniya Xarici İşlər Nazirliyinə hədiyyə kimi təqdim olunub.

Sərgi ziyarətçiləri üçün Azərbaycan xalçasının toxunma prosesi nümayiş olunub, ustad dərsləri keçilib. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Azərbaycan xalçasının toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça” ASC-nin xüsusi sertifikatı da təqdim olunub.

Sərgi 2026-cı il yanvarın 20-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri