“Azexport” portalı Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Azexport.az” portalı Böyük Britaniyada yerləşən beynəlxalq media qurumu “Luxlife Magazine Ltd” tərəfindən təşkil olunan “Global Excellence Awards 2025” müsabiqəsində nüfuzlu mükafata layiq görülüb.
Mərkəzdən XQ-yə bildirilib ki, portal “İnnovasiya” nominasiyasında “2025-ci ilin qlobal bazarlara çıxış üzrə Cənubi Qafqazda ən yaxşı milli elektron ticarət platforması” (Best National Global Market Access eTrade Platform 2025 – South Caucasus) seçilib.
Qiymətləndirmə zamanı “Azexport.az” portalında milli məhsullar üzrə vahid rəqəmsal reyestrin yaradılması, ixrac prosedurlarının “vahid pəncərə” prinsipi əsasında tam rəqəmsallaşdırılması, eləcə də “Digital Trade Hub” çərçivəsində elektron sənədləşmə, elektron imza, onlayn ixrac müraciəti, elektron ödəniş və transsərhəd rəqəmsal əməliyyatların uğurla inteqrasiyası xüsusi vurğulanıb. Bununla yanaşı, portalın “Amazon”, “Alibaba”, “eBay”, “JD.com”, “TradeKey” və digər aparıcı beynəlxalq elektron ticarət platformaları ilə inteqrasiyası Azərbaycan məhsullarının qlobal bazarlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Qeyd edək ki, bu nailiyyət Azərbaycan Respublikasının ixracın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirdiyi dövlət siyasəti ilə tam uzlaşır. www.azexport.az portalı yerli istehsalçıların beynəlxalq ticarətə inteqrasiyasını sürətləndirən əsas institusional və texnoloji platformalardan biri kimi çıxış edir.
Müsabiqədə ayrı-ayrı ölkələrin milli elektron ticarət platformaları ilə yanaşı, beynəlxalq rəqəmsal ixrac sistemləri və qabaqcıl ticarət texnologiyaları təqdim edən qurumlar da iştirak edib. “Azexport.az” portalının bu nüfuzlu mükafata layiq görülməsi onun regional deyil, qlobal miqyasda rəqabətqabiliyyətli platforma olduğunu bir daha təsdiqləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Yanvar 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















