Icma.az
close
up
RU
“Azexport” portalı və “Hannover Impuls” arasında beynəlxalq ticarət imkanları müzakirə edilib

“Azexport” portalı və “Hannover Impuls” arasında beynəlxalq ticarət imkanları müzakirə edilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən “Hannover Impuls” təşkilatının nümayəndələri arasında görüş keçirilib. Görüşdə “Hannover Impuls” şirkətinin beynəlxalq işlər üzrə direktoru Peter Ayzenşmit, təşkilatın Türkiyə üzrə nümayəndəsi Aytekin Hatipoğlu, “Cosity Shipment” şirkətinin nümayəndəsi Nihat Göktaş və Azərbaycan Françayzinq Assosiasiyasının nümayəndələri Camid Mövsümov və Yavər Qasımlı iştirak ediblər.

XQ xəbər verir ki, görüşdə çıxış edən” Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, portal Azərbaycan şirkətlərinə dünya bazarına çıxmaq üçün geniş imkanlar təqdim edir. O, portalın “Mtradeverse” şirkəti ilə birgə həyata keçirdiyi Rəqəmsal Sərgi Zalı layihəsi barədə də məlumat verib və bu layihənin Azərbaycan məhsullarının beynəlxalq bazarlarda təqdimatını asanlaşdırdığını vurğulayıb.

Peter Ayzenşmit çıxışında təmsil etdiyi qurumun dövlət təşkilatı olduğunu və əsas fəaliyyətinin Almaniya və ümumilikdə Avropa bazarına çıxmaq istəyən sahibkarları dəstəkləmək olduğunu bildirib. O, “Hannover Impuls”un əsas məqsədinin beynəlxalq ticarət əlaqələrinin qurulmasında təkanverici rol oynamaq olduğunu əlavə edib. Eyni zamanda, “Azexport” portalının “Alibaba” və “Amazon” platformaları ilə əməkdaşlıq prinsiplərini qabaqcıl və səmərəli hesab etdiyini, bu təcrübədən öyrəniləcək maraqlı məqamların olduğunu vurğulayıb.

Görüşün sonunda tərəflər Azərbaycan mallarının Almaniya və Avropada yerləşən satış şəbəkələri və potensial alıcılara çıxarılması istiqamətində birgə fəaliyyət və qarşılıqlı təcrübə mübadiləsi aparılması barədə razılığa gəliblər.

Qeyd edək ki, “Hannover Impuls” Hannover şəhəri və regionu əhatə edən iqtisadi inkişaf agentliyidir. Təşkilat sahibkarlıq təşəbbüslərini dəstəkləyir, startapların inkişafına kömək edir və mövcud şirkətlərin innovativ gücünü artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri