“AzInTelecom” və “Presight” SİMA nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək
Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın aparıcı texnologiya şirkətlərindən olan “AzInTelecom” ilə süni intellekt və məlumat analitikası sahəsində qlobal liderlərdən biri, G42 şirkətlər qrupuna daxil olan “Presight” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandum çərçivəsində “Presight” özünün geniş biznes kanalları vasitəsilə SİMA İmza-nın müxtəlif ölkələrdə tətbiqi istiqamətində AzInTelecom ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.
Bu əməkdaşlıq Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış rəqəmsal imza həlli olan SİMA-nın qlobal bazarlara çıxışının dəstəklənməsi, eyni zamanda Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq səviyyədə tanınmasına töhfə verilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Əməkdaşlıq Memorandumu SİMA-nın biometrik həllərinin, inteqrasiya imkanlarının və istifadəçi təcrübəsinin yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə də maraq doğurduğunu nümayiş etdirir.
“AzInTelecom” gələcəkdə də xarici tərəfdaşlıqlarını artırmağı planlaşdırır və bununla da Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəfinə töhfə verir.
AzInTelecom haqqında
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” bulud həlləri, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət “Hökumət buludu” və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir. “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya, təhlükəsizlik və operativlik sahəsində müasir texnoloji həllər təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Noyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















