Icma.az
close
up
RU
“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda

“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda

Icma.az bildirir, Modern.az portalına istinadən.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC 3-4 dekabrda Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda iştirak edib.

Modern.az xəbər verir ki, tədbirin əsas tərəfdaşı kimi forum məkanında “AzInTelecom”un stendi quraşdırılıb. Stenddə “AzInTelecom”un maliyyə sektoru üçün faydalı olan məhsul və xidmətləri haqqında iştirakçılara məlumat verilib. Burada xüsusilə banklara unikal imkanlar təqdim edən SİMA rəqəmsal imza, “SİMA Pay”, “SİMA KYC” və onun alt məhsulları olan “Videozəng” və “Videoqeydiyyat” həlləri ilə bağlı məlumatlar təqdim edilib.

Tədbirin ilk günü “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev “SİMA bankçılıq innovasiyalarının inkişafında” mövzusunda panel müzakirələrdə çıxış edib. SİMA ilə bankların öz xidmətlərini uğurla rəqəmsallaşdırmasından danışan F.Fərəcullayev bildirib ki, SİMA ilə banklar, eləcə də digər maliyyə təşkilatları bir sıra əməliyyatlarda vaxta, xərcə və kağıza qənaət etmə imkanı əldə ediblər.

Qeyd edək ki, “AzInTelecom”a məxsus “SİMA İmza”, “SİMA KYC” rəqəmsal həllərindən artıq Azərbaycanda 9 bank öz xidmətlərinin rəqəmsallaşdırılmasında istifadə edir. Bura kredit müqavilələrinin imzalanması, debet kartların sifarişi, şəxsiyyətin təsdiqi, onlayn əmanət yerləşdirilməsi və s. bank əməliyyatlarının bank filiallarına getmədən, məsafədən həyata keçirilməsi daxildir. Bundan başqa, çoxsaylı maliyyə təşkilatları (BOKT, investisiya şirkətləri, elektron pulqabı və s.) da avtorizasiya və imzalama proseslərini SİMA məhsulları sayəsində rəqəmsallaşdırıblar.

Hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” ilə maliyyə sektorunda iş yükü önəmli dərəcədə azalır, vətəndaşlar isə maliyyə əməliyyatlarını növbə gözləmədən və kağız sənədlər toplamadan həll edirlər. SİMA rəqəmsal həllər platforması ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see297

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see273

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see268

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see262

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see255

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see246

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see239

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see230

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see230

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see226

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see220

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see220

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see206

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see205

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see198

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see191

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see185

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see181

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri