Icma.az
close
up
RU
“AzInTelecom”un sədri: Təqdim etdiyimiz həllər dövlət və özəl qurumlarında inteqrasiyanı sürətləndirib

“AzInTelecom”un sədri: Təqdim etdiyimiz həllər dövlət və özəl qurumlarında inteqrasiyanı sürətləndirib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

“AzInTelecom” MMC-nin təqdim etdiyi “SİMA İmza” üzrə həllər artıq bir sıra dövlət və özəl qurumların sistemlərinə uğurla inteqrasiya olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov bildirib.

Onun sözlərinə görə, “AzInTelecom” yalnız texniki həlləri təqdim edir, həmin həllərin tətbiqi isə qarşı tərəfin – dövlət qurumları və özəl şirkətlərin – daxili sistemlərinə inteqrasiya prosesindən asılıdır.

“Əgər biz deyiriksə, hər hansı qurum və ya özəl şirkətdə “SİMA İmza” tam inteqrasiya olunub, bu, o deməkdir ki, biz həlli təqdim etmişik, qurum və ya özəl şirkət həmin həlli öz sistemlərinə uğurla tətbiq edib. Bəzən bu proses müəyyən vaxt aparır, lakin bu, işlərin icra olunmaması anlamına gəlmir. Sadəcə olaraq, dövlət qurumlarının mövcud təhlükəsizlik və texniki tələbləri nəzərə alınmalıdır”, - deyə Elxan Əzizov qeyd edib.

“AzInTelecom” rəhbəri bildirib ki, Səhiyyə və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində mühüm işlər görülüb: “Məsələn, əmək müqavilələrinin bağlanması prosesi tam şəkildə SIMA identifikasiyası üzərindən həyata keçirilir. Bu, bizim əsas nailiyyətlərimizdən biridir. Məqsədimiz məhsulu elə asanlaşdırmaqdır ki, onun inteqrasiyası minimal vaxt və resurs tələb etsin. Əgər hər bir inteqrasiyanı yalnız biz həyata keçirsəydik, bu prosesin sürəti o qədər də yüksək olmazdı”.

Elxan Əzizov onu da əlavə edib ki, “AzInTelecom”un hədəfi “SİMA İmza”nın tətbiqini ölkə üzrə daha da genişləndirmək, dövlət və özəl qurumların fəaliyyətində operativlik və rahatlığı təmin etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri