Icma.az
close
up
RU
AzMİU alimlərinin ixtirasına patent verilib

AzMİU alimlərinin ixtirasına patent verilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2025 0032 saylı “Beton və inşaat qarışıqları üçün üzvi-mineral modifikatorun alınma üsulu” adlı ixtirasına “Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi” tərəfindən müsbət qərar verilib. 

XQ xəbər verir ki, patentin müəllifləri – AzMİU-nun “Materialşünaslıq” kafedrasının professoru, “Texnologiyaların Transferi Mərkəzinin” müdiri professor Abbas Quvalov və həmin kafedranın dosenti Səidə Abbasovadır.

Yeni ixtira beton və inşaat qarışıqlarının keyfiyyətini artırmaq məqsədilə üzvi-mineral modifikatorların əldə olunmasını nəzərdə tutur. Bu texnologiya tikinti sənayesinə mühüm üstünlüklər qazandırır. Belə ki, modifikatorun tətbiqi nəticəsində betonun suya və şaxtaya davamlılığı yüksəlir, çatlama və deformasiyalara qarşı dayanıqlıq əhəmiyyətli dərəcədə artır. Bununla yanaşı, yeni texnologiya ekoloji baxımdan daha təhlükəsizdir və dayanıqlı inkişaf prinsiplərinə xidmət edir. 

İqtisadi baxımdan da böyük səmərəlilik təmin edən bu üsul əlavə enerji və xammal sərfinin azalmasına, nəticədə isə tikinti şirkətlərinin daha az xərc hesabına yüksək keyfiyyətli nəticə əldə etməsinə şərait yaradır. İxtiranın geniş tətbiq sahəsi vardır: o, yaşayış binalarının inşasında, sənaye obyektlərinin tikintisində, yol və körpü layihələrində, eləcə də hidrotexniki qurğuların yaradılmasında uğurla istifadə oluna bilər. 

Bu patent AzMİU-da həyata keçirilən elm və innovasiya yönümlü inkişaf strategiyasının parlaq nəticələrindən biridir. Universitetin alimləri tərəfindən ərsəyə gətirilən ixtiralar ölkənin tikinti sənayesinin modernləşdirilməsinə, yeni texnologiyaların istehsalata tətbiqinə və elmi nailiyyətlərin praktik dəyərə çevrilməsinə xidmət edir. 

Qeyd edək ki, bu kimi uğurlar təkcə Azərbaycanın tikinti sahəsinin inkişafına deyil, həm də beynəlxalq miqyasda ölkəmizin elmi potensialının tanınmasına mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri