ADAU nun Biotexnologiya Mərkəzinin əməkdaşlarının ixtirasına patent verilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Gəncə, 25 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Biotexnologiya Mərkəzinin əməkdaşları tərəfindən təqdim edilən innovativ ixtira dövlət səviyyəsində tanınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin qərarı ilə Biotexnologiya Mərkəzinin əməkdaşları Elgün Mahmudov və Orxan Qurbanov tərəfindən hazırlanan “Bioorqanik ətli sümük gübrəsinin istehsal üsulu” adlı ixtiraya patent verilib.
Sözügedən ixtira kənd təsərrüfatında ekoloji cəhətdən təhlükəsiz və innovativ yanaşmanın uğurlu nümunəsi kimi qiymətləndirilir. Təklif olunan istehsal üsulu heyvan mənşəli tullantıların xüsusi emal texnologiyası vasitəsilə bitkilər tərəfindən asan mənimsənilən, fosfor, kalsium və azotla zəngin bioorqanik gübrəyə çevrilməsini təmin edir.
İxtira nəticəsində əldə olunan bioorqanik gübrə torpağın strukturunu yaxşılaşdırmaqla yanaşı, bitkilər üçün uzunmüddətli qida təminatı yaradacaq və bu da davamlı, sağlam və yüksək məhsuldarlığın əldə olunmasına şərait yaradacaq. Eyni zamanda, bu texnologiya tullantıların səmərəli istifadəsini təşviq etməklə ətraf mühitin qorunmasına, orqanik kənd təsərrüfatının inkişafına və yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqinə mühüm töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 25 Dekabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















