Icma.az
close
up
RU
AzMİU alimlərinin ixtirası enerji itkisini 80 faizədək azalda bilər

AzMİU alimlərinin ixtirası enerji itkisini 80 faizədək azalda bilər

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Fizika və kimya kafedrasının təşkilatçılığı ilə universitetin 50 illik yubileyinə həsr olunmuş “Metal və ərintilər fizikasının aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfransın əsas məqsədi müasir materialşünaslıq sahəsində aparılan tədqiqatları müzakirə etmək, metal və ərintilərin fiziki xüsusiyyətlərini araşdırmaq və onların sənayedə tətbiqi ilə bağlı yeni yanaşmaları təqdim etməkdir.

Konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrinin alimləri, elmi-tədqiqat institutlarının mütəxəssisləri və sənaye nümayəndələri iştirak edərək mövzu ətrafında elmi diskussiyalar aparıblar.

Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, materiallar fizikasının aktual problemləri bu sahədə çalışan alim və tədqiqatçılar üçün xüsusi maraq kəsb edir və konfrans onların bilik və təcrübə mübadiləsinə geniş imkanlar yaradacaq. AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilmə prosesinin keyfiyyət və miqyas baxımdan sürətlə irəlilədiyini qeyd edən professor Gülçöhrə Məmmədova müəssisə və təşkilatları sənaye əhəmiyyəti yüksək olan tədqiqatları dəstəkləməyə çağırıb.

AzMİU-nun Fizika və kimya kafedrasının müdiri professor Adil Abdullayev məruzəsində amorf metallik ərintilərin alınma texnologiyası və bu sahədə əldə etdikləri elmi yeniliklər haqqında məlumat verib. Söyləyib ki, ilk dəfə olaraq universitet alimləri elektrik enerjisinin ötürülməsində itkiləri azaltmaq məqsədilə amorf quruluşlu kontaktor və transformatorun prototipini hazırlayıb və sənaye sınaqlarını uğurla başa çatdırıb.

Bu kontaktor elektrik dövriyyəsini açıb-bağlamaq üçün nəzərdə tutulub və sınaqlar “Polimart” MMC plastik boru istehsalı zavodunda və “Bakı Tələbat Qabları” ASC-də uğurla həyata keçirilib. Müqayisə üçün qeyd olunub ki, hazırda sənayedə geniş istifadə edilən Çinin “Sassin” firmasının kontaktoru 4950 dəfə qoşulma resursuna malik olduğu halda AzMİU alimlərinin hazırladığı amorf kontaktor 5500 qoşulma dövrünü yerinə yetirərək 10 faiz daha üstün nəticə göstərib.

Uğurlu nəticələr əsasında sənaye sınaq aktı əldə edilib və kontaktorun patentləşdirilməsi üçün Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə təqdim olunaraq patent alınıb.

Bu mühüm elmi nailiyyət AzMİU alimlərinin sənayenin inkişafına verdiyi töhfənin bariz nümunəsidir. Konfransda vurğulanıb ki, amorf metallik ərintilər sahəsində aparılan tədqiqatlar istehsal proseslərinin optimallaşdırılmasına, enerji itkilərinin azaldılmasına və sənayedə daha davamlı və effektiv materiallardan istifadə edilməsinə şərait yaradacaq.

Bundan başqa AzMİU-da aparılan elmi-tədqiqat işləri sənaye ilə universitet arasında innovativ əməkdaşlığın genişlənməsinə, yeni texnologiyaların tətbiqinə və elmin kommersiyalaşdırılmasına təkan verəcək. Bu istiqamətdə universitetin alimləri gələcəkdə yeni materialların hazırlanması və onların sənayedə tətbiqini genişləndirmək üçün tədqiqatlarını davam etdirəcəklər.

Plenar iclasdan sonra konfrans işini 4 bölmədə davam etdirib. “Materiallar fizikasının müasir problemləri”, “Yarımkeçirici və polimer materialların fiziki-kimyəvi xassələri”, “Dəqiq ərintilərin materialşünaslığı”, “Maqnityumşaq amorf tərkibli və digər materialların tətbiq perspektivləri” adlı bölmələrdə alim və mütəxəssislər məruzələrini təqdim edərək materiallar elminin inkişafı və sənaye tətbiqləri istiqamətində fikir mübadiləsi aparıblar.

Bildirilib ki, konfransın nəticələri materialşünaslıq sahəsində yeni elmi yanaşmaların formalaşmasına və sənaye ilə universitet arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri