Icma.az
close
up
RU
AzMİU da elmi praktik vorkşop keçirilib FOTOLAR

AzMİU da elmi praktik vorkşop keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Böyük Britaniyanın Vestminster Universiteti arasında həyata keçirilən “Memarlıq abidələrinin bərpası və yenidən qurulması üzrə magistr səviyyəsində ikili diplom” proqramı çərçivəsində “Memarlıq elminin müasir problemləri” mövzusunda elmi-praktik vorkşop təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbir 4–8 noyabr 2025-ci il tarixlərində AzMİU-nun Xarici Əlaqələr Şöbəsi və Ekologiya kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.

Vorkşop çərçivəsində Vestminster Universitetinin Memarlıq və Dizayn fakültəsinin tanınmış alimləri — professor Nasser Golzari və dosent Rosa Schiano di Cola AzMİU-nun qonağı olublar. Qonaqlar universitetin müəllim heyəti və magistr tələbələri ilə görüşərək müasir memarlıq təcrübəsi, abidələrin qorunması və bərpası, eləcə də ekoloji dayanıqlılıq prinsipləri mövzusunda təqdimatlar ediblər. Tədbir həm elmi, həm də praktik yönümlü müzakirələr üçün əlverişli platforma rolunu oynayıb.

Dörd gün davam edən proqram çərçivəsində Memarlıq və Ekologiya ixtisasları üzrə magistr tələbələri üçün iki elmi-praktik vorkşop və üç seminar keçirilib. Vorkşoplarda iştirakçılar memarlıq abidələrinin bərpası və yenidən qurulması mövzusunda layihələr üzərində işləyib, bu layihələrə ekoloji dayanıqlılıq və ətraf mühitin qorunması prinsiplərini tətbiq ediblər. Seminarlarda isə memarlıq elminin müasir problemləri, urbanist tədqiqat metodları, davamlı və “yaşıl” memarlıq yanaşmaları, enerji səmərəliliyi və ekoloji planlaşdırma məsələləri müzakirə olunub.

Vorkşop tələbələrin akademik və elmi biliklərini artırmaqla yanaşı, onların ekoloji düşüncə tərzinin və davamlı memarlıq prinsiplərini layihələrə tətbiq etmə bacarıqlarının inkişafına xidmət edib. Beynəlxalq müəllimlərin rəhbərliyi altında keçirilən interaktiv sessiyalar tələbələrə layihə işləmə, fikir mübadiləsi aparma və memarlıq abidələrinin qorunması sahəsində müasir yanaşmaları öyrənmək imkanı yaradıb.

Tədbirin yekununda iki universitet arasında gələcək əməkdaşlıq planları, o cümlədən ikili diplom proqramının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Professor Nasser Golzari və dosent Rosa Schiano di Cola vorkşopun yüksək səviyyədə təşkilini qeyd edərək, AzMİU ilə gələcək birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri