Icma.az
close
up
RU
AzMİU da professor Məsud Əfəndiyevin Beynəlxalq Yay Məktəbinin açılışı olub

AzMİU da professor Məsud Əfəndiyevin Beynəlxalq Yay Məktəbinin açılışı olub

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) kompleks sistemlərin öyrənilməsi və müxtəlif sahələrdə tətbiqinə həsr olunmuş Beynəlxalq Yay Məktəbinin açılış mərasimi keçirilib.

XQ xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova yay məktəbinin mövzusunun müasir elm üçün xüsusi aktuallıq daşıdığını bildirib. Rektor qeyd edib ki, mürəkkəb sistemlərin öyrənilməsi və bu sahədə multidisiplinar yanaşmaların tətbiqi həm mühəndislik və texniki elmlərin, həm də digər elm sahələrinin inkişafında mühüm rol oynayır. O, belə təşəbbüslərin AzMİU alimləri ilə yanaşı, bütövlükdə Azərbaycan elmi ictimaiyyəti üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, yay məktəbinin yeni elmi əlaqələrin qurulmasına, bilik mübadiləsinə və innovativ tədqiqatların təşviqinə töhfə verəcəyini söyləyib. Professor Gülçöhrə Məmmədova universitet rəhbərliyi tərəfindən bu cür elmi təşəbbüslərə hər zaman dəstək göstərildiyini diqqətə çatdırıb.

Daha sonra AzMİU rektorunun müşaviri, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri, dünyaşöhrətli alim, professor Məsud Əfəndiyev çıxış edib. Professor yay məktəbinin təşkil edilməsində əsas məqsədin Azərbaycanda kompleks sistemlər sahəsində elmi düşüncənin inkişafına töhfə vermək, müxtəlif istiqamətlər üzrə çalışan gənc tədqiqatçıları vahid platformada bir araya gətirmək və multidisiplinar yanaşmaları təşviq etmək olduğunu bildirib.

Məsud Əfəndiyev qeyd edib ki, yay məktəbinin keçirilməsi üçün məkan kimi AzMİU-nun seçilməsi təsadüfi deyil. Onun sözlərinə görə, universitet mühəndislik, inşaat, memarlıq, şəhərsalma, nəqliyyat, ekologiya, informasiya texnologiyaları və digər texniki istiqamətləri özündə birləşdirən nadir ali təhsil müəssisələrindən biridir. Bu xüsusiyyət AzMİU-nu kompleks sistemlərin öyrənilməsi və müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqələrin araşdırılması üçün unikal elmi platformaya çevirir.

Bildirilib ki, yay məktəbi çərçivəsində iştirakçılar mürəkkəb sistemlərin modelləşdirilməsi, fundamental elmlərlə tətbiqi sahələr arasındakı əlaqələr, süni intellekt, səhiyyə, ekologiya, iqtisadiyyat və mühəndislik istiqamətlərində müasir yanaşmalarla tanış olacaq, tanınmış alimlərin mühazirələrini dinləyəcək və interaktiv müzakirələrdə iştirak edəcəklər.

Yay məktəbində iştirak etmək üçün 46 nəfər qeydiyyatdan keçib. İştirakçıların 33 nəfəri AzMİU-nun əməkdaşları və tələbələri, 13 nəfəri isə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Universiteti, ADA Universiteti və Qarabağ Universitetinin nümayəndələridir.

Bir neçə gün davam edəcək yay məktəbi ərzində mühazirələr, seminarlar, praktik məşğələlər və elmi müzakirələr təşkil olunacaq. Tədbirin əsas məqsədi gənc tədqiqatçılarda sistemli düşüncə tərzinin formalaşdırılması, müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqələrin dərk olunması və gələcəyin elmi çağırışlarına cavab verə biləcək yeni nəsil tədqiqatçıların hazırlanmasına töhfə verməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 İyul 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri