Icma.az
close
up
RU
Bakıda II Milli Təhsil Zirvəsi keçirilib

Bakıda II Milli Təhsil Zirvəsi keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Müasir təhsil sistemində dəyərlərin təbliği” mövzusunda II Milli Təhsil Zirvəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, zirvədə Azərbaycanın müxtəlif bölgələrindən 250-yə yaxın müəllim iştirak edib.

Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açan Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov Birliyin əsas məqsədinin respublikada fasiləsiz təhsilin həyata keçirilməsinə, təlim-tərbiyənin yüksəldilməsinə yardım göstərmək olduğunu bildirib. O, Birliyin 35 illik fəaliyyəti dövründə onlarla layihələrə imza atdığını, çoxsaylı yerli və beynəlxalq konfransların, simpoziumların, forumların, seminarların keçirildiyini nəzərə çatdırıb, Milli Təhsil Zirvəsinin bundan sonrakı illərdə də fəaliyyətini uğurla davam etdirəcəyinə inamını ifadə edib, tədbirin işinə uğur arzulayıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İdarə Heyətinin sədr müavini Mirzə Cəfərzadə Zirvə iştirakçılarını və qonaqları salamlayıb, bundan sonra da belə tədbirlərin keçirilməsinə dəstək olacaqlarını bildirib.

Məruzəçilər-Milli Məclis Elm və Təhsil Komitəsinin sədr müavini, millət vəkili Fariz İsmayılzadə, millət vəkili Mehriban Vəliyeva, professor Fərrux Rüstəmov, tibb üzrə fəlsəfə doktoru İkram Rüstəmov xalqımızın həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətlər, adət-ənənələrin, milli-mənəvi dəyərlərin metodikanın tərkib hissəsinə çevrilməsi istiqamətində vahid konsepsiyanın vacibliyi, təhsil sahəsində tətbiq edilən yeniliklər, təhsil islahatları, təhsildə psixoloji xidmətin aparılması istiqamətində məruzələrlə çıxış ediblər.

Sonra Türkiyə Cümhuriyyətindən Zirvəyə dəvət olunmuş qonaqlar - Niğde Ömer Halisdemir Universitetinin rektoru prof. Hasan Uslu, İzmir Yaşar Universitetinin prorektoru Hasan Atasoy, “Study in North Cyprus” Assosasiyasının təsisçisi Selman Arslanbaş, Ankara Atılım Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru Özgün Özgər təhsilin inkişaf etdirilməsi istiqamətində dəyərli fikirləri ilə tədbirə rəng qatıblar.

Daha sonra “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova çıxış edib. Qeyd edib ki, xalqımızın ən böyük dəyəri Azərbaycan torpağıdır, bu torpağın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının yetişdirilməsi təhsil müəssisələrinin qarşısında dayanan vacib məsələlərdəndir. O, Vətənə sədaqətli, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan gəncliyin yetişməsi istiqamətində aparılan işlərdə müəllimlərə uğur diləyib, tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib.

Sonda VII Muğam müsabiqəsinin diplomantı, xanəndə Mehranə Vəliqızının ifasında “Çırpınırdı Qara dəniz”, “Yaşa Azərbaycan” mahnıları səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri