Icma.az
close
up
RU
Azovstal müdafiəçisinin 846 günlük əsirlik hekayəsi Sağ qalmaq möcüzəsi

Azovstal müdafiəçisinin 846 günlük əsirlik hekayəsi Sağ qalmaq möcüzəsi

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi XXI əsrin ən dramatik və qəddar qarşıdurmalarından birinə çevrilib. Bu savaş təkcə döyüş meydanlarında deyil, həm də düşərgələrdə, əsirlikdə, informasiya cəbhəsində yaşanır.

Ukraynalı zabit İqor Titovskinin iki il altı aya yaxın Rusiya əsirliyində keçirdiyi həyat isə müharibənin real üzü və Rusiya rejiminin əsirlərə qarşı davranışını göz önünə sərir.

2022-ci ilin yazında Mariupolda mühasirəyə alınan “Azovstal” zavodu son nəfərinə qədər dirəniş göstərən Ukrayna qüvvələrinin simvoluna çevrilmişdi. Burada xidmət edən kapitan İqor Titovski ailəsinə sonuncu telefon zəngində sadəcə bir arzunu bildirmişdi: “Mənim cəsədimi qəbul edib dəfn edin”.

Bu, onun həyatla vidalaşması idi. Lakin ölmədi. Ukrayna komandanlığının əmrinə tabe olaraq o və digərləri ruslara təslim oldular. Həmin təslim Ukraynanın cənub-şərqində Mariupol şəhərinin Rusiya tərəfindən tam işğalı anlamına gəlirdi. Titovski beləliklə əsirlik dövrünə qədəm qoydu.

Əsir düşən yüzlərlə Ukrayna hərbçisi kimi Titovski də Rusiyanın nəzarətindəki Donetsk vilayətində yerləşən Olenovka həbsxanasına gətirildi. Burada ilk gündən sistemli döyülmələr, elektrik cərəyanı ilə işgəncə, aclıq və təhqirlə qarşılandı.

2022-ci il iyulun 29-na keçən gecə isə Olenovkadakı kazarmalardan biri partladıldı. Azı 50 ukraynalı hərbçi həlak oldu. Titovski həmin gecə bayırda saxlanıldığı üçün sağ qaldı. O, səhər yoldaşlarının yandırılmış cəsədləri arasında öz çarpayısının və adlarını bildiyi onlarla əsgərin yox olduğunu gördü.

Rusiya tərəfi hadisəni guya Ukrayna tərəfindən atılmış HIMARS raketi ilə əlaqələndirsə də, BMT-nin hesabatı partlayışın Rusiya nəzarətindəki ərazidən törədildiyini sübut etdi. Bu, faktiki olaraq hərbi əsirlərə qarşı əvvəlcədən planlaşdırılmış qətliam idi.

Olenovkadakı partlayışdan sağ qalan əsirlər daha sonra Rusiyanın Taqanroq şəhərindəki koloniyaya göndərildi. Burada döyülmələr artıq fiziki yox, psixoloji terror səviyyəsinə çatmışdı. Titovski dəfələrlə huşunu itirəcək qədər zorakılığa məruz qaldı.

“Azov” briqadasının üzvləri xüsusi hədəfə çevrilmişdi. Onların bədənindəki döymələr, hətta adi naxışlar belə ruslar tərəfindən svastika kimi təqdim olunurdu. Bu əsasla əsirlərə neonasist damğası vurulur, amansız fiziki və mənəvi təhqirlərə məruz qalırdılar.

2024-cü ilin fevralında BMT İnsan Haqları üzrə Ali Komissarlığının təqdim etdiyi hesabat bütün bu işgəncələri rəsmi şəkildə təsdiqlədi. Hesabatda deyilir:

• Ukraynalı əsirlər sistemli şəkildə döyülüb;

• Onlara qarşı seksual zorakılıq halları baş verib;

• Saxlanma şəraiti beynəlxalq normalara zidd olub;

• İşgəncələr sadəcə istintaq zamanı yox, əsirliyin hər mərhələsində tətbiq edilib.

İqor Titovski 2014-cü ildən Ukrayna ordusunda xidmət edir. 2021-ci ilin noyabrında "Azov" briqadasına qoşulub. Bu briqada 2014-cü ildə könüllü dəstə kimi yaranmış, sonradan Ukrayna Milli Qvardiyasının tərkibinə daxil edilmişdi.

Rusiya isə “Azov”u müharibəyə bəraət qazandırmaq üçün təbliğat obyekti seçmişdi. Onlar bu briqadanı neonasist qruplaşma kimi təqdim edərək Ukraynaya müdaxiləni guya "faşizmlə mübarizə" kimi əsaslandırmağa çalışırdılar.

846 günün sonunda – 2024-cü ilin sentyabrında – İqor Titovski Belarus üzərindən Ukraynaya qaytarıldı. O, azad olunanda cəmi 50 kiloqram çəkidə idi. Amma o, sağ qalmışdı. Və sağ qalmaq özü böyük müqavimət aktı idi.

Bu hekayə təkcə bir zabitin fiziki dirənişi deyil, həm də Rusiya rejiminin müharibədəki əsir siyasətinin tam çılpaqlığıdır. Olenovka qətliamı, sistemli işgəncələr və BMT-nin hesabatları göstərir ki, bu müharibə sadəcə ərazilər uğrunda deyil, insan ləyaqəti və beynəlxalq hüququn taleyi uğrunda da gedir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri