“AzParking” əməkdaşı ilə sürücü arasında MÜBAHİSƏ
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Bakı şəhərində “AzParking” əməkdaşı ilə vətəndaş arasında narazılıqla nəticələnən mübahisə yaşanıb.
Bakıvaxtı.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə şahidlərinin və vətəndaşın iddiasına görə, o, avtomobilini qısa müddətlik saxlayaraq yaxınlıqdakı mağazaya daxil olub.
Bir neçə dəqiqədən sonra geri qayıdan sürücü avtomobilinin şəklinin çəkildiyini və 20 manat məbləğində cərimə tətbiq olunduğunu görüb.
Vətəndaş bildirib ki, avtomobili saxladığı ərazidə “AzParking”ə aid hər hansı nişanə və ya məlumat lövhəsi olmayıb. Onun sözlərinə görə, bu səbəbdən ödənişli parklanma zonasında olduğunu bilməyib.
Hadisə zamanı tərəflər arasında mübahisə yaranıb. Sürücü cərimənin qanunsuz olduğunu iddia edərək qərara etiraz edib.
Qeyd edək ki, oxşar hallarla bağlı ictimai narazılıqlar əvvəlki dövrlərdə də gündəmə gəlib. Vətəndaşlar əsasən parklanma zonalarının nişanlanması və məlumatlandırmanın yetərsizliyindən şikayət edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 14 İyun 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















