Icma.az
close
up
RU
“Azpetrol” şirkəti 28 yaşını qeyd edir

“Azpetrol” şirkəti 28 yaşını qeyd edir

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün, Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti 28 yaşını qeyd edir. Ötən illər ərzində şirkət böyük inkişaf yolu keçərək, yanacaqdoldurma məntəqələrinin sayını 108-ə çatdırıb.

“APA-Economics” xəbər verir ki, “Azpetrol” brendinin möhkəmləndirilməsi və coğrafiyasının Qarabağa genişləndirilməsi, şirkətin strateji inkişaf planının qısamüddətli prioritet istiqamətlərindəndir. Artıq Şuşa, Xankəndi, Cəbrayıl, Əsgəran, Suqovuşan, Hadrut, Ağalı , Xocalı, Füzuli, Zəngilan, Xocavənd, Laçın, Horadiz və Füzuli-Şuşa Zəfər yolunda modul tipli yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir.

"Аzpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində görülən işlərin nəticəsində mümkün olmuş və respublikanın neft strategiyasının inkişafına təkan vermiş 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsi davam edən yeni neft strategiyasının məqsədləri isə, “Azpetrol” şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir. Azpetrol şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.

Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 108 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 128 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 23 elektromobillərin enerji ilə doldurulma postu, 1 hotel, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

Həmçinin "Azpetrol"un Azərbaycanın ən iri işəgötürənlərindən biri olduğunu xüsusi ilə qeyd etmək vacibdir. Belə ki, hazırda Şirkətdə çalışan işçilərin ümumi sayı 3400 nəfərdən çoxdur.

Azpetrol - Daim inkişafa doğru!

Əlaqə: 957

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 İyul 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri