Icma.az
close
up
RU
“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 110 a çatdırıb

“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 110 a çatdırıb

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, 2800 Xocavənd rayonu Ağkənd ünvanında, sayca 110-cu modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Beləliklə, “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 110-a çatdırıb.

“Azpetrol”dan "APA-Economics"ə verilən məlumata görə, yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

Son illərdə “Azpetrol”un strateji prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərdə fəaliyyətin bərpası və genişləndirilməsi olub. Şirkət Zəngilan, Füzuli, Şuşa, Laçın, Xankəndi, Xocavənd, Əsgəran və Suqovuşan kimi bölgələrdə modul tipli, Cəbrayıl və Hadrut bölgələrində isə yanacaqdoldurma məntəqələri quraraq “Böyük Qayıdış” prosesinə öz töhfəsini verib. Bu layihələr regionların iqtisadi canlanmasına, infrastrukturun inkişafına və məşğulluğun artırılmasına xidmət edir.

Xatırladaq ki, “Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.

Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi rayonlarını əhatə edən, ən müasir avadanlıqlarla təchiz olunmuş 110 yanacaqdoldurma məntəqəsi, 1 maye qaz (LPG) məntəqəsi və müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı fəaliyyət göstərir. Yanacaq məhsullarının saxlanılması məqsədilə şirkətin 3 neft bazası və 1 avtobazası mövcuddur. Şirkətin avtomobil parkına ümumilikdə 177 yük avtomobili daxildir. Bunlardan 172-si yanacaqdaşıyan yük avtomobili, 1-i şambo, 1-i yük avtomobili, 1-i buksir və 2-si maye daşıyan avtomobildir. Bundan əlavə, 8 sıxılmış təbii qaz postu, 4 maye qaz postu və 77 elektrik avtomobili doldurma postu fəaliyyət göstərir.

Şirkətin xidmət şəbəkəsinə 1 hotel, 8 motel və əksər yanacaqdoldurma məntəqələrində fəaliyyət göstərən müxtəlif iaşə və xidmət obyektləri daxildir. Hazırda “Azpetrol”da 4000-dən çox əməkdaş çalışır.

“Azpetrol” fəaliyyət göstərdiyi bütün sahələrdə innovasiyaların tətbiqinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və müştəri məmnuniyyətinin təmin edilməsinə xüsusi önəm verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Avqust 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri