Icma.az
close
up
RU
AZSTAND ın İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı O‘ZАKK tərəfindən akkreditasiya olunub

AZSTAND ın İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı O‘ZАKK tərəfindən akkreditasiya olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTAND) İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı Özbəkistan Akkreditasiya Mərkəzi (O‘ZАKK) tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunub.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, O‘ZАKK tərəfindən uyğunluğun qiymətləndirilməsi məqsədilə keçirilən auditin müsbət nəticələri əsasında AZSTAND-ın ISO/IEC 17021-1:2015 “Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemləri üzrə audit və sertifikatlaşdırma xidmətlərini göstərən orqanlara dair tələblər. Hissə 1: Tələblər” standartına əsasən akkreditasiya sahəsi genişləndirilib. Beləliklə, Azərbaycan Standartlaşdırma İnstitutunun ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi. Tələblər”, ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”, ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemi. Tələblər” və ISO 22000:2018. “Qida məhsullarının təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” beynəlxalq standartları üzrə sertifikatlaşdırma səlahiyyətləri artırılıb.

AZSTAND-ın İdarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı akkreditasiya sahəsini genişləndirməklə neft, kimya və qida sahələrində beynəlxalq standartlara uyğun sertifikatlaşdırma xidmətləri göstərmək imkanı qazanıb. Bu, müəssisələrin müvafiq sahələrdə rəqabət qabiliyyətini gücləndirir və ixrac potensialının artırılmasına töhfə verir.

Qeyd edək ki, Özbəkistan Akkreditasiya Mərkəzi uyğunluğu qiymətləndirən orqanların akkreditasiyası üzrə Özbəkistanın xüsusi səlahiyyətli orqanıdır. O‘ZАKK 2020-ci ildən etibarən Akkreditasiya üzrə Beynəlxalq Forumun (IAF) üzvü kimi tanınır və bu status mərkəzin qəbul etdiyi akkreditasiya qərarlarının beynəlxalq səviyyədə etibarlılığını təmin edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri