AzTUda 3 aydır tələbə təqaüdləri verilmir? Universitet aydınlıq gətirdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri bu ali təhsil ocağında 3 aydır təqaüdlərin verilmədiyini bildirib.
Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Məsələ ilə bağlı ali təhsil ocağının mətbuat katibi Sevinc İsgəndərova problemin yalnız birinci kursları əhatə etdiyini deyib. O, artıq təqaüdlərin köçürüldüyünü bildirib.
"Təqaüdlərin 3 aydır ödənilməməsi doğru deyil. Dərslər sentyabrın 15-də başlayıb. 15 gün o aydan və bir də oktyabr ayında birinci kursların təqaüdləri verilməmişdi. Səbəb isə onlar üçün "TələbəPlus" kartlarının hazırlanması ilə bağlı idi. Noyabr ayının təqaüdləri isə ayın sonu olmadığından hələ heç kimə verilməyib. Birinci kursların 1.5 aylıq təqaüdləri isə artıq 2-3 gün əvvəl - kartlar hazır olan kimi köçürülüb", - deyə o əlavə edib.
///Olke.az
Baxış sayı:98
Bu xəbər 21 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















