AzTV Su Ehtiyatları Agentliyinin fəaliyyətini tənqid etdi VİDEO
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yayın bitməsinə az qalmasına baxmayaraq, paytaxtın bəzi ərazilərində, eləcə də Günəşli qəsəbəsində neçə vaxtdır ki, hökm sürən su problemi hələ də davam edir.
Mia.az-ın məlumatına görə, AzTV-yə danışan sakinlər həm Köhnə, həm də Yeni Günəşlidə susuzluq probleminin olduğunu bildiriblər.
“Paltarlarımızı, qab-qaşığımızı yuya bilmirik. Ancaq imkan edib çay üçün su götürə bilirik”, - vətəndaşlar söyləyiblər.
Qeyd edilib ki, çoxmərtəbəli binaların yuxarı mərtəbələrində yaşayanlar içmək üçün suyu satın alır. Aşağı mərtəbələrdə yaşayanlar isə zirzəmilərə su çənləri yerləşdiriblər. Lakin suyun verilmə müddəti o qədər qısa, təzyiqi isə aşağıdır ki, bu çənləri belə doldura bilmirlər.
“Demək olar ki, su verilmir. Yaşlı adamlarıq, suyu haradan daşıyaq? Axşamlar ümumiyyətlə gəlmir”,- deyə sakinlər bildiriblər.
Süjetdə o da qeyd olunub ki, paytaxtı, ətraf kənd və qəsəbələri əsas su ilə təmin edən Ceyranbatan su anbarında kifayət qədər su var. Belə ki, bir saniyədə Bakı şəhərinə 14 ton su ötürülür. Su anbardan 7 magistral kəmər vasitəsilə paylanılır.
ADSEA-nın rəis müavini Oruc Bayramov isə məsələyə belə münasibət bildirib: “Şəbəkə tam dolmalıdır ki, su qıtlığı aradan qaldırılsın. Dolması üçün də kütləvi şəkildə su verilməlidir. Bunun üçün də kəmərlər yenidən işlənməlidir”.
Onun sözlərinə görə, içməli suyun verilməsində yaranan problemin digər bir səbəbi isə əhali sayının artmasıdır: “Məsələn, əvvəllər 3 bina var idi və onlara 100 mm-lik boru ilə su gedirdi. İndi ətrafında da bina sayı çoxalıb. Həmin boru ilə artıq 3 yox, 10 binaya su gedir. Bu çatmayacaq axı…”
P.S.Xatırladaq ki, AzTV bundan əvvəl də Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini təqnid edən süjet yayımlayıb.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 08 Avqust 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















