Azyaşlı qızlarını qəfəsdə saxlayıb öldürdülər
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Komsomolsk-na-Amure şəhərində valideynlər qızlarının ölümünə görə məsuliyyətə cəlb olunublar.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, ər-arvad azyaşlı qızlarına baxmaqdan yorulduqları üçün onu qutudan düzəltdikləri qəfəsdə saxlayıblar. Qız uşağı nə hərəkət edə, nə otura, nə də ayaq üstə dura bilib.
Həmçinin valideynlər uşağı antisanitar şəraitdə saxlayıblar. Onlar qızlarını normal qida və su ilə təmin etməyiblər. Uzunmüddətli aclıq və amansız rəftar nəticəsində azyaşlı həyatını itirib.
Xabarovsk Vilayət Məhkəməsi azyaşlının işgəncəyə məruz qalması və qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə hökm çıxarıb və hər iki şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib.
Baxış sayı:115
Bu xəbər 16 May 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















