Icma.az
close
up
RU
“Azyaşlı uşaqların dini şüuru və dünyagörüşü...” Hicab mübahisəsi kimlərə sərf edir?

“Azyaşlı uşaqların dini şüuru və dünyagörüşü...” Hicab mübahisəsi kimlərə sərf edir?

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Orta ümumtəhsil məktəblərində Nazirlər Kabineti tərəfindən vahid geyimin tətbiqi Azərbaycan təhsilinin sekulyarlaşmasına və dünya təhsil sisteminə keçidinin bariz nümunəsidir. Bu qaydalar şagirdlər və müəllimlər arasında iqtisadi, sosial və digər yanaşmalar baxımından ayrı-seçkiliyin aradan qaldırılmasına xidmət edir. Buna baxmayaraq, bəzi hallarda xüsusilə hicabdan istifadə ilə bağlı müəyyən narazılıqlar və qeyri-sağlam yanaşmalar ortaya çıxır. Belə halların aradan qaldırılması üçün cəmiyyətdə maarifləndirmə işlərinin gücləndirilməsi və dövlət siyasətinin mahiyyətinin izah edilməsi vacibdir. 

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov bildirib ki, orta məktəblərdə vahid geyimin tətbiqi təhsilin dünyəviləşməsi istiqamətində atılmış mühüm addımdır.

Ekspertin sözlərinə görə, bu qərar məktəb mühitində bərabərliyi təmin edir: pizza hut

”Şagirdlərin fərqli geyimlərdə məktəbə gəlməsi iqtisadi və sosial baxımdan ayrı-seçkiliyə, psixoloji fərqliliklərə səbəb olurdu ki, yeni qaydalar bunun qarşısını alır. Qaydalar yalnız geyim forması ilə məhdudlaşmır; eyni zamanda müxtəlif bijüteriya vasitələrindən istifadəni, saçın müxtəlif rənglərdə boyanmasını, süni dırnaqlardan istifadəni və milli-mənəvi dəyərlərə uyğun olmayan geyimlərin tətbiqini qadağan edir”.

Rəşad Əsgərov qeyd edib ki, bu məhdudiyyətlər yalnız məktəb mühitinə şamil olunur və məktəbdən kənarda azyaşlılar və ya yetkinlər sərbəst şəkildə öz istədikləri geyimdən, o cümlədən hicabdan istifadə edə bilərlər, buna heç bir dövlət qurumu tərəfindən qadağa qoyulmur.

Müsahib vurğulayıb ki, bəzi azyaşlı məktəblilər, valideynlər və müəllimlər arasında məktəbdə hicabdan istifadəyə icazə verilməməsi ilə bağlı narazılıqlar əsassızdır:

”Azyaşlı uşaqların dini şüuru və dünyagörüşü hələ din haqqında ətraflı məlumata sahib olacaq səviyyədə inkişaf etməyib.

Dini savadlılığı yüksək olmayan bu şəxslərin valideynlərin və ətraf mühitin təsiri ilə etiraz etməsi, bəzi ideoloji və kənar qüvvələr tərəfindən dövlətə və təhsil sisteminə qarşı vasitə kimi istifadə olunur. Bu kimi hallara yol verilməməsi Azərbaycan Respublikasının daxili işlərinə və dövlətçilik siyasətinə qarşı çıxmaq deməkdir”.

Sonda ekspert vurğulayıb ki, bu cür halların aradan qaldırılması üçün yalnız inzibati sanksiyalar deyil, cəmiyyət arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsi vacibdir:

“Cəmiyyətimizdə təhsil sistemi həm layihəli, həm demokratik, həm də sekulyar formada inkişafını davam etdirəcək, neqativ hallar isə qısa zamanda aradan qaldırılacaqdır”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Oktyabr 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri