Icma.az
close
up
RU
Məktəbdə hicab mübahisəsi kimlərə sərf edir? Ekspertdən AÇIQLAMA

Məktəbdə hicab mübahisəsi kimlərə sərf edir? Ekspertdən AÇIQLAMA

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Orta ümumtəhsil məktəblərində Nazirlər Kabineti tərəfindən vahid geyimin tətbiqi Azərbaycan təhsilinin sekulyarlaşmasına və dünya təhsil sisteminə keçidinin bariz nümunəsidir. Bu qaydalar şagirdlər və müəllimlər arasında iqtisadi, sosial və digər yanaşmalar baxımından ayrı-seçkiliyin aradan qaldırılmasına xidmət edir. Buna baxmayaraq, bəzi hallarda xüsusilə hicabdan istifadə ilə bağlı müəyyən narazılıqlar və qeyri-sağlam yanaşmalar ortaya çıxır. Belə halların aradan qaldırılması üçün cəmiyyətdə maarifləndirmə işlərinin gücləndirilməsi və dövlət siyasətinin mahiyyətinin izah edilməsi vacibdir. 

Məsələ ilə bağlı açıqlama verən Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov bildirib ki, orta məktəblərdə vahid geyimin tətbiqi təhsilin dünyəviləşməsi istiqamətində atılmış mühüm addımdır.

Ekspertin sözlərinə görə, bu qərar məktəb mühitində bərabərliyi təmin edir:

”Şagirdlərin fərqli geyimlərdə məktəbə gəlməsi iqtisadi və sosial baxımdan ayrı-seçkiliyə, psixoloji fərqliliklərə səbəb olurdu ki, yeni qaydalar bunun qarşısını alır. Qaydalar yalnız geyim forması ilə məhdudlaşmır; eyni zamanda müxtəlif bijüteriya vasitələrindən istifadəni, saçın müxtəlif rənglərdə boyanmasını, süni dırnaqlardan istifadəni və milli-mənəvi dəyərlərə uyğun olmayan geyimlərin tətbiqini qadağan edir”.

Rəşad Əsgərov qeyd edib ki, bu məhdudiyyətlər yalnız məktəb mühitinə şamil olunur və məktəbdən kənarda azyaşlılar və ya yetkinlər sərbəst şəkildə öz istədikləri geyimdən, o cümlədən hicabdan istifadə edə bilərlər, buna heç bir dövlət qurumu tərəfindən qadağa qoyulmur.

Müsahib vurğulayıb ki, bəzi azyaşlı məktəblilər, valideynlər və müəllimlər arasında məktəbdə hicabdan istifadəyə icazə verilməməsi ilə bağlı narazılıqlar əsassızdır:

”Azyaşlı uşaqların dini şüuru və dünyagörüşü hələ din haqqında ətraflı məlumata sahib olacaq səviyyədə inkişaf etməyib.

Dini savadlılığı yüksək olmayan bu şəxslərin valideynlərin və ətraf mühitin təsiri ilə etiraz etməsi, bəzi ideoloji və kənar qüvvələr tərəfindən dövlətə və təhsil sisteminə qarşı vasitə kimi istifadə olunur. Bu kimi hallara yol verilməməsi Azərbaycan Respublikasının daxili işlərinə və dövlətçilik siyasətinə qarşı çıxmaq deməkdir”.

Sonda ekspert vurğulayıb ki, bu cür halların aradan qaldırılması üçün yalnız inzibati sanksiyalar deyil, cəmiyyət arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsi vacibdir:

“Cəmiyyətimizdə təhsil sistemi həm layihəli, həm demokratik, həm də sekulyar formada inkişafını davam etdirəcək, neqativ hallar isə qısa zamanda aradan qaldırılacaqdır”./oxu24.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see919

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see381

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see333

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see321

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see297

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see289

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see252

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see251

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see232

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see211

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see206

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see199

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see197

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see197

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see195

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see182

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see177

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri