Icma.az
close
up
RU
Baba Vəziroğlu: “Əli İnsanov həbsxanada, yəqin, ilk sevigisini xatırlayıb...”

Baba Vəziroğlu: “Əli İnsanov həbsxanada, yəqin, ilk sevigisini xatırlayıb...”

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Çox qəribədir ki, bir şair haqqında danışanda “keçmiş səhiyyə naziri”, “çinovnik”, “həbsxanada yatan”, “birinci arvadından ayrılıb, ikinci arvadı ilə də dolanmır” kimi etiketlər işlədirik. Axı bunların poeziyaya, yaradıcılığa nə dəxli var? Əli İnsanov adlı bir müəllifin şeirlər kitabı çıxıb. Söhbət bundan getməlidir. Sosial şəbəkələrdə deyirlər ki, Əli İnsanov niyə şeir yazmalıdır? Belə suallar məni heç vaxt maraqlandırmır. Min il əvvəl Nizami Gəncəvi necə adam olub? Arvadı ilə dolanıb? Bunlar bizi maraqlandırmamalıdır. Poeziyanın yaşı olmur, buna görə Əli İnsanovun yaşı da məni maraqlandırmır. Mənim üçün yeni imzadır. Yaxşı kitabdırsa, oxuyacağam. Bundan sonra oxucu kimi rəyimi bildirəcəyəm”.

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib.

“Həbsxanada, yəqin ki, insan öz-özü ilə tək qalır. Mən şeirlərimin çoxunu əsgərlikdə yazmışam. Bir növ yaxın çevrədən təcrid olunursan, özünlə tək qalırsan. Poeziya özünlə söhbətin məhsuludur. Əli İnsanovun şeirlərini harada yazdığı mənim üçün maraqlı deyil. Yəqin, həbsxanada özü ilə dialoq imkanı daha çox olub. İlk sevgisini xatırlayıb, ona vəfasız çıxanları, özünün kiməsə vəfasızlıq etməsini xatırlayıb, dərin düşüncələrə qərq olub. Hislərini poetik misralara çevirmək istəyib. Bilmirəm, çevirə bilib, ya yox. Vaqif Səmədoğlu deyirdi ki, dünyada təzə mövzu yoxdur. Hamı bir neçə mövzunu öz bildiyi, düşündüyü kimi, romantikasının işığında ifadə edir. Əli müəllim də belə düşünüb, normal bir şeydir. Gənc müəllifə uğurlar arzulayıram, qələmi iti olsun, yazıb-yaratsın. Bu adam pis işlə məşğul deyil ki. Oğurluq, kiməsə xəyanət etməyib. Şeir yazıb də. Şeir yazmaq dünyada ən gözəl peşədir. Deməli, insandır, insanları daha çox insan olmağa çağırır. Kaş gəclərimiz də yaxşı işlə məşğul olsunlar. Zəif yazsınlar, amma şeir yazsınlar. Qoy zəif çəksinlər, amma rəsm çəksinlər. Çexov deyib ki, dünyada ən əlçaq şey bekar olmaqdır. Bekar olanda insan sosial şəbəkələrdə ağzına gələni yazır, qonşusuna paxıllıq edir. Şeir yazan hər kəsə, o cümlədən Əli müəllimə uğurlar arzu edirəm”, - o bildirib.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Aprel 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see152

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see142

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see140

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see134

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see133

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see123

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see123

Fidan və Əraqçi İranın nüvə proqramını müzakirə ETDİLƏR

14 Aprel 2025 19:59see122

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see115

Avtomobil oturacaqları üçün hansı örtüklərdən istifadə edilməlidir? ARAŞDIRMA FOTO

14 Aprel 2025 21:00see115

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see115

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see113

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see113

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see112

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see112

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see112

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see111

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see111

Ermənistan Azərbaycanla şərti sərhəddə təxribata hazırlaşır? Xəbərlərin 20:00 buraxılışı

14 Aprel 2025 20:00see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri