Icma.az
close
up
RU
Babayev hökumətdə şəbəkələşmiş korrupsiya sistemini dağıda biləcəkmi? “ÖLÜ CANLARDAN” İBARƏT İŞÇİ HEYƏTLƏRİNİN SONU ÇATIR

Babayev hökumətdə şəbəkələşmiş korrupsiya sistemini dağıda biləcəkmi? “ÖLÜ CANLARDAN” İBARƏT İŞÇİ HEYƏTLƏRİNİN SONU ÇATIR

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin ilk dövrü hökumətdə kadr dəyişiklikləri ilə başlayıb.

Bu günə qədər Maliyyə naziri Samir Şərifov tutuduğu vəzifədən azad edilərək, Baş nazirin müavini təyin edilib, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə prezidentin yeri yaradılan iqlim məsələləri üzrə nümayəndəsi postuna gətirilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev Maliyyə naziri, müavini Anar Kərimov isə onun postuna təyin ounub.

Gununsesi.info-nu  bilgiləndirən mənbələr hökumətdə struktur və kadr dəyişikliklərinin davam edəcəyini bildirirlər.

Xatırladaq ki, hələ bir neçə gün əvvəl Sahil Babayevin bu posta gətiriləcəyinə dair məlumat yazmışdıq.

Həmin məlumatda o da qeyd olunurdu ki, Maliyyə Nazirliyinin səlahiyyətlərinin genişlənirilməsi, dövlət büdcəsinin əsas gəlirlərini formalaşdıran dövlət qurumlarının onun nəzarətinə verilməsi gözlənilir. Həmçinin əmlak, mədəniyyət sahəsini tənzimləyən dövlət strukturlarının da birləşdiriləcəyi, dövrün tələbinə cavab verən yeni, çevik qurumların formalaşdırılacağı nəzərdə tutulur.

Sahil Babayevin Maliyyə naziri təyin olunması və gələcəkdə bu qurumun hökumətdə əsas söz sahibinə çevrilməsi barədə planlar ölkənin qarşısında duran çağırışlarla bağlıdır.

Neft gəlirlərinin azalması, ABŞ-da hakimiyyətə gələn Tramp administrasiyasının dünya bazarlarında təlatümlər yaradacağı barədə proqnozlar Azərbaycan hökumətini preventiv addımlar atmağa vadar edir.

Əsas hədəf dövlət gəlirlərinın artırılması, büdcə xərcləmlərinin düzgün tənzimlənməsi, şəffaflığa maksimum riayət edilməsidir.

Mənbələr bildirir ki, Hökumət rəhbərliyinə Hesabalama Palatasının büdcə təşkilatlarında keçirdiyi mütəmadi audit və yoxlamaların nəticələri məyusluq doğurur. Qeyd olunur ki, istisnasız olaraq büdcədən maliyyələşən bütün qurumlarda dövlət vəsaitləri təxminən eyni korrupsiya mexanizmləri ilə talanır. Nəticədə dövlət siyasətinin icra edilməsinin səmərəliliyi aşağı düşür, qarşıya qoyulan hədəflərə nail olmaq müşkülə çevrilir.
Həmçinin orta və yüksək eşolanda yer tutan məmur korpusunda böyük həcmdə “qara pullar” toplanır, onların şəbəkləşməsi isə ümumilikdə hökumətin işini iflic edir.

Bundan başqa dövlət vəsaitləri bir-birini təkrar edən qurumlar, onların “ölü canlardan” ibarət olan nəhəng işçi heyəti də büdcəyə əməlli-başlı yük hesab olunur.

Sahil Babayevin daha yüksək posta irəli çəkilməsi qeyd olunan neqativ halların qarşısının alınması, bücə xərclərinin optimallaşdırılması və hökumətdə şəbəkləşmiş korrupsiya sisteminin dağıdılmasına hesablanıb.

Xüsusi qeyd olunmalıdır ki, Sahil Babayevin  bundan əvvəl rəhbərlik nazirlikdə apardığı sistemli fəaliyyət ölkə rəhbərliyini qane edib. O, kəskin ictimai etirazlara rəğmən sosial təminat sistemində yeni idarəetmə, qərarvermə mexanizmləri formalaşdırıb.

Nəticədə 200 mindən artıq vətəndaş pensiya, müavinət və təqaüdlərdən məhrum edilib. Əlbəttə, bu rəqəmin əhəmiyyətli hissəsi həmin nazirlikdə mövcud olmuş korrupsiya şəbəkəsinin hesabına imtiyazlar əldə etmişdi. Bununla belə, onların bir qismi cəzalandırılsa da hazırda azadlıqda qalanların sayı çoxdur.

Onların əməllərinin qurban isə sadə vətəndaşlar olub.

Sahil Babayevin komandası bir qayda olaraq büdcədən sosial sahəyə xərclənən vəsaitlərin maksimum azalmasına nail olsa da, nazirliyin əsas funksiyası olan sosial təminat sisteminə böyük zərbə vurub. Çünki imtiyazlardan məhrum edilmiş on minlərlə vətəndaşın sonrakı taleyi bu qurumu əsla maraqlandırmayıb.

Sahil Babayevin “kəsib-doğramaq” əməliyyatları büdcədə sosial xərclərin real çəksini xeyli azaltmaqla yanaşı, gəlirləri də kəskin artırıb.

Çünki məşğulluq sahəsində “ağartma” əməliyyatları sosial haqlardan yığımların səviyyəsini yüsklədib.

Sahil Babayevin rəhbərlik etdiyi Maliyyə Nazirliyi struktur, kadrlarların sayına görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə müqayisədə çox kiçik olsa da, səlahiyyətləri çox böyükdür.

İndi Babayev və onun komandası dövlətin 42 milyardlıq büdcəsinin formalaşmasına və xərclənməsinə bilavasitə rəhbərlik edəcək, yəni büdcədən vəsait alan bütün nazirlik və komitələrin, təsərrüfat hesablı qurumların işi ondan keçir.

Onun sələfi Samir Şərifov öz sahəsi üzrə peşəkar olsa da, görünür, hakimiyyətdə şəbəkələşmiş korrupsiya sisteminə qarşı mübarizədə aciz olub. Bu da qarşıda böyük çətinliklərin olacağını proqnozlaşdırıan hakimiyyət rəhbrliyinin işinə yaramır.

Pulun kranı daha sərt, amansız nazirin əlinə verilir, onun senzurasından keçə bilməyən büdcə təşkilatları çox tezliklə optimallaşdırma, ixtisarlara getmə planları ilə hökumət qarşısında məsələ qaldırmağa başlayacaqlar…

Pərviz Həşimli 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Fevral 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri