Icma.az
close
up
RU
Babək 95 in lift problemi və məmur laqeydliyi

Babək 95 in lift problemi və məmur laqeydliyi

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nizami rayonunun Babək prospektindəki 95 saylı bina, hal-hazırda əslində yazıq bir vəziyyətdədir. Nə baxanı var, nə də halına yananı. Hələ ki, sakinlərin hesabına ayaqda qalır. "Koperativ binadır" deyib heç bir dövlət qurumu yaxın durmur. Sakinlər də qarşılaşdıqları problemləri "öz hesablarına" birtəhər həll edirlər.

Amma elə məsələlər də var ki, bunu sakinlər istəsələr də, həll edə bilmirlər. Məsələn, 9 mərtəbəli binanın yuxarı qatlarında yaşayanların ən böyük problemlərindən biri olan lift məsələsi.

Ötən həftədən 7-ci girişin liftində yalnız bir qapı açılır. Qeyri-leqal xidmət göstərən şəxslə əlaqə saxlayıb məsələ barədə məlumat verməyə çalışırıq. Uzun müddət zənglərimizə cavab verməyən bu şəxs, nəhayət "tanışlar" vasitəsilə zəngimizə amiranə bir tonda, qısa cavab verir:

-Xəbərimiz var. Adam göndərəcəm. İndi əlimdə boş işçi yoxdur.

Özünü rəhbər sayan bu şəxs düşünmür ki, yayda 9-cu mərtəbəyə qalxmaq, hansı çətinlikləri törədir. Və ya bir tərəfi açılan qapıdan naməhrəm bir yerə gedirmiş kimi kaninə daxil olmaq, insanın hansı hisslərə qapılmasına səbəb olur.

Qeyd edim ki, məhz bu binada bir neçə il əvvəl 14 yaşlı bir uşaq, həmin yararsız xidmət üzündən liftin şaxtasına düşərək ölüb.

40 il bundan əvvəl quraşdırılmış lift qurğusuna isə lazımi xidmət göstərilməlidir. Lift hərəkət edərkən qorxu filmlərindəki kimi əcaib səslər gəlir. Liftin qapısı açılanda, adam min kərə Allaha dua edir ki, bu dəfə sağ-salamat qurtula bilərəm.

12 girişli binada bütün liftlər bu vəziyyətdədir. Amma bunu üzərinə götürəcək bir dövlət qurumu, bir Allahın qulu tapılmır.

Hadisə baş verəndə isə, hamı günahkar axtarır. Lap deyək ki, bir kəs məsuliyyətə cəlb olundu, bunun nə əhəmiyyəti var? Hər kəs öz işini vaxtında və layiqincə görsə, belə faciələrin qarşısı vaxtında alınar. Nə kimsə ölməz, nə də kimsə məsuliyyətə cəlb edilməz.

Bu, adi bir problem kimi görünsə də, 200-dən artıq ailənin yaşadığı binada qarşılaşa biləcəyimiz faciələrin göstəricisidir.

Bu gün də "əllərində boş adam yoyurlar", deyəsən, gələn olmayıb. Gözləyək, başqa çarəmiz yoxdur.

Qadir Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Avqust 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri