Bacısı övladının doğum gününə gedən Elşad dəhşətli qəzada həlak oldu: Hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Quba şəhərində dəhşətli qəza törətmiş sürücüyə hökm oxunub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Mercedes-Benz" markalı avtomobillə əks zolağa çıxaraq qəza törədən 28 yaşlı Kənan Cabbarova 5 il 6 ay həbs cəzası verilib.
Hadisə ötən ilin sentyabrında gecə saat 22 radələrində Quba şəhəri Heydər Əliyev prospektində baş verib. Araşdırma zamanı müəyyən edilib ki, Kənan qəzadan əvvəl narkotik vasitə olan metamfetamin qəbul edərək sərxoş vəziyyətə düşüb.
O, avtomobili yüksək sürətlə idarə edərək əks hərəkət istiqamətinə çıxıb və öz yolu ilə hərəkət edən 1982-ci il təvəllüdlü Elşad Qayıbovun sürdüyü maşınla toqquşub. Nəticədə Elşad aldığı xəsarətlərdən ölüb.
Hadisə baş verən gün Elşadın bacısı övladının ad günü imiş və o, məclisə gedərkən qəza ilə üzləşib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Cabbarovun həbs müddətindən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib.
Qeyd edək ki, hadisədən sonra dəhşətli qəzanın görüntüləri yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 Aprel 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















