Zelenski: Rusiya Ukraynaya 500 dron, 40 raket, o cümlədən “Kinjal”larla zərbə endirib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Rusiya 500 pilotsuz uçuş aparatı və “Kinjal”lar da daxil olmaqla 40 raketlə Ukraynaya kütləvi hava hücumu həyata keçirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
Zelenski bu dəfə hücumun əsas hədəfinin Kiyevin enerji və mülki infrastrukturu olduğunu qeyd edib.
“Hücumlar nəticəsində yaşayış binaları zədələnib, bir binanın dağıntıları altında insanlar axtarılır. Paytaxtın bəzi rayonlarında və ətraf ərazilərdə elektrik və istilik təminatı yoxdur. Hazırda yanğınların söndürülməsi və bərpa işləri davam etdirilir”, - o vurğulayıb.
Ukrayna Prezidenti Rusiyanın ABŞ və beynəlxalq tərəfdaşların sülh təşəbbüslərinə cavab verməməsinə diqqət çəkib: “Rusiya nümayəndələri uzun danışıqlar aparır, amma həqiqətdə onların mesajını “Kinjal” raketləri və dronlar çatdırır. Bu, Putinin və onun ətrafının həqiqi münasibətidir. Onlar müharibəni bitirmək istəmir və Ukraynaya daha çox zərər vurmaq, həmçinin dünyada təzyiqlərini artırmaq üçün hər fürsətdən istifadə edirlər”.
Ukrayna lideri əlavə edib ki, belə hücumlara cavab yetərli təzyiq və güclü addımlarla mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 27 Dekabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















