Badamdar sakinləri yolayrıcında park edilən avtomobillərdən şikayətçidirlər FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Badamdar qəsəbəsidə bir sakin yol hərəkətindəki problemlərdən narazılığını bildirərək Avtosfer.az-ın sosial şəbəkə səhifəsinə müraciət edib. Şikayətçi bildirib ki, Tofiq Məmmədov küçəsindən yolayrıcına dönməyin hər gün çətinləşdiyini deyir:
“Biz buradan yolayrıcına dönə bilmirik. Hər dəqiqə kimsə gəlir, maşınını döngənin ortasında saxlayır, özü də gedir. Maşın dayananda artıq o yolu keçmək çətinləşir. Dəfələrlə şahidi olmuşam ki, sürücülər əsəbiləşir, siqnal verirlər, amma heç bir faydası olmur. Gəlib maşını döngədə saxlayıb çıxıb gedirlər”.
Şikayətçi bildirir ki, bu mənzərə hər gün eyni qaydada təkrarlanır və heç kim buna nəzarət etmir:
“Yolu şəxsi dayanacaq yerinə çevrilib. Bir-iki dəqiqə dayanmaq başqa məsələdir, amma bəziləri maşını qoyub bir saat yoxa çıxırlar. Bura yolayrıcıdır, belə hərəkətlər qəzaya da səbəb ola bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 13 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















