Bağ avadanlıqları adıyla ölkəyə lüks avtomobillər gətirildi 17 milyon manatlıq qaçaqmal FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Mersin vilayətində gömrük əməkdaşları ölkə tarixində bəlkə də ən qeyri-adi qaçaqmalçılıq hadisələrindən birini aşkar ediblər.
Avtosfer.az xəbər verir ki, Mersin Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat Müdirliyinin keçirdiyi əməliyyat zamanı içərisində bağçılıq və tekstil materiallarının olduğu bildirilən konteynerlərdən lüks avtomobillər çıxıb.
Gömrük əməkdaşlarının apardığı araşdırma nəticəsində 12 konteynerdə şübhəli sıxlıq müəyyən edilib. Risk analizindən sonra konteynerlər açılıb və içərisində Ferrari də daxil olmaqla müxtəlif marka və modellərdə 24 lüks avtomobil və cip aşkarlanıb.
Ticarət Nazirliyinin açıqlamasına görə, aşkarlanan nəqliyyat vasitələrinin ümumi dəyəri təxminən 357 milyon lirə (17 milyon azn) təşkil edir. Avtomobillərin oğurlanması ilə bağlı hansısa şikayət daxil olmadığı üçün dövlət tərəfindən nəqliyyat vasitələri müsadirə edilib.
Hazırda avtomobillərin oğurluq və ya itkin olması ilə bağlı araşdırmalar aparılır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Fevral 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















