Icma.az
close
up
RU
Bakı Şəhərsalma Forumuna hazırlaşır

Bakı Şəhərsalma Forumuna hazırlaşır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan paytaxtı WUF13-ə də layiqli sahiblik edəcək

Bu il mayın 17–22-də Bakı bir daha dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq. Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri sayılan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkəmizdə keçiriləcək. 

Mövzu dairəsi və beynəlxalq miqyası baxımından bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ən iri və strateji baxımdan önəmli qlobal platformalardan biri hesab edilir. Bakıda bu səviyyəli beynəlxalq tədbirin keçirilməsi ölkəmizin dünya miqyasında şəhərsalma, ətraf mühitin mühafizəsi və davamlı inkişaf sahələrində öncül mövqeyə sahib olduğunu göstərir.

Ölkənin həm zəngin memarlıq irsi, həm də müasir inkişaf təşəbbüsləri WUF13-ün məhz Bakıda keçirilməsinə şərait yaradıb. Qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan şəhərləri tarixboyu ticarət və mədəniyyət mərkəzləri olmuş, Bakıdakı İçərişəhər və Qız Qalası, Şəki Xan Sarayı kimi bir sıra abidələr UNESCO Dünya İrsi siyahısına daxil edilib. Son illərdə paytaxt Bakının və regionların siması müasir memarlıq nümunələri və genişmiqyaslı abadlıq layihələri ilə yenilənib. Balanslı regional inkişaf, davamlı şəhərsalma və yaşayış məskənlərinin planlanması hökumətin prioritetləri sırasındadır. Beləliklə, WUF13-ə ev sahibliyi etmək missiyası Azərbaycan üçün öz nailiyyətlərini sərgiləməklə yanaşı, dayanıqlı şəhərsalma sahəsində dünyaya töhfə vermək imkanı deməkdir.

Yeri gəlmişkən, parlament diplomatiyası da WUF13 uğrunda Azərbaycanın gördüyü işlərin əsas istiqamətlərindən birinə çevrilib. Yanvarın 30-da Bakıda ilk dəfə olaraq 30 ölkədən 32 parlament üzvünün iştirakı ilə “Parlamentlərin Dayanıqlı Şəhərlərin İnkişafında və Davamlı Şəhərsalmanın Təşviqində Rolu” mövzusunda xüsusi tədbir keçirilib. Tədbirin məqsədi WUF13 ərəfəsində parlament diplomatiyasının gücləndirilməsinə töhfə vermək, yəni qanunvericiləri dayanıqlı şəhərsalma məsələləri ətrafında bir araya gətirmək idi. 

Forumda UN-Habitat və digər BMT qurumlarının nümayəndələri, həmçinin xarici parlament üzvləri çıxış edərək ölkələrinin şəhərsalma təcrübəsini paylaşıb, xüsusilə dayanıqlı şəhərsalma və mənzil məsələləri ilə bağlı çağırışları səsləndiriblər. Dominikanın ətraf mühit naziri Kozier Frederik ada dövlətlərinin fəlakət təcrübələrindən çıxarılan dərsləri bölüşərək tənzimləmə və planlaşdırmanın vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycanın WUF13-ə hazırlıq prosesi barədə təqdimatla çıxış edən Gülşən Rzayeva həm ölkənin şəhərsalma təcrübəsini, həm də forumun məqsəd və perspektivlərini iştirakçılarla bölüşüb. O, qanunvericiliyin və parlamentlərarası əməkdaşlığın bu sahədəki roluna xüsusi diqqət çəkib. Toplantı iştirakçıları yekdilliklə birgə müraciət qəbul ediblər. 

Müraciətdə qeyd olunub ki, şəhərlər bu gün qarşıya çıxan bir çox qlobal çağırışların – iqlim dəyişiklikləri, bərabərsizlik, miqrasiya və mənzil böhranının – həm mərkəzində dayanır, həm də onların həlli üçün əsas fürsətləri təqdim edir. Parlamentlər bu çağırışlara cavab olaraq qanunvericilik təşəbbüsləri, siyasət inteqrasiyası və maliyyələşmə mexanizmləri vasitəsilə həlledici rol oynayırlar.

Müraciətdə dünya parlamentlərinə sosial ədalətli şəhərsalmanı, inklüziv zonalaşdırmanı və dayanıqlı yaşayış siyasətlərini dəstəkləyən addımlar atmaq çağırışı yer alır. Eyni zamanda, Azərbaycan Respublikasına WUF13-ün ev sahibi kimi güclü dəstək ifadə olunur və ölkənin dayanıqlı urbanizasiya sahəsindəki qlobal liderlik təşəbbüsü yüksək qiymətləndirilir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri